Ermənistanda koronavirusa görə işini itirənlərə yardım ediləcək

Tədbirlər paketini Əmək və sosial işlər naziri Zarui Batoyan təqdim edib və deyib ki, qərar 13-30 mart 2020-ci il tarixlərində işlərindən azad edilən vətəndaşlara aiddir.

Source:


Ödənişləri almaq üçün vətəndaşlar elektron formada nazirliyə müraciət etməlidirlər

Ermənistan hökuməti koronavirus pandemiyası səbəbiylə işsiz qalan vətəndaşlara veriləcək yardım paketini təsdiqləyib, – “Rusarminfor” xəbər verir.

Tədbirlər paketini Əmək və sosial işlər naziri Zarui Batoyan təqdim edib və deyib ki, qərar 13-30 mart 2020-ci il tarixlərində işlərindən azad edilən vətəndaşlara aiddir. Qərara görə, işdən çıxarılan vətəndaşlara minimum əmək haqqı 68000 dram (140 dollar) məbləğində birdəfəlik ödəmə ediləcək.

İşdən çıxarılmadan maaşları 500000 dramdan çox olan vətəndaşlar və martın 30-dək ikinci iş əldə edən vətəndaşlar maddi yardım almayacaqlar. Həmçinin hökumətin qərarı ilə fəaliyyətlərinə xitam verilməyən fərdi sahibkarlar da bu yarımdan yararlana bilməyəcəklər.

Həmçinin həyat yoldaşları 13-30 mart tarxilərində iş yerlərini itirən hamilə qadınlar da 100000 dram (200 dollar) məbləğində yardım alacaqlar.

Ödənişləri almaq üçün vətəndaşlar elektron formada nazirliyə müraciət etməlidirlər. Məbləğin vətəndaşların bank kartlarına köçürüləcəyi bildirilir.

Ermənistanda koronavirus xəstələrinin sayının 482 nəfərə çatdığı bildirilir.

Ana səhifəDünyaErmənistanda koronavirusa görə işini itirənlərə yardım ediləcək