Ermənistanda: İcma başçısı seçkilərini partiyasız namizədlər qazandı

“Hakimiyyət dəyişikliyindən sonra, namizədlər ERP-ni perspektivsiz bir partiya kimi görürlər”

Source:
Xankəndində etiraz aksiyası Foto:Tiqran Qriqoryan JAMnews
Xankəndində etiraz aksiyası Foto:Tiqran Qriqoryan JAMnews

Material

“Kavkazskiy Uzel”in

saytında yerləşdirilib

Ermənistanda keçən yerli seçkilər göstərir ki, icma başçılıqlarına namizədlər özlərini RP mənsubiyyətindən uzaqlaşdırırlar. Bu fonda Çiçəklənən Ermənistan Partiyası yeni mövqelər ələ keçirməyə çalışır, Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası isə kənd icmalarında heç bir gücə sahib deyil, “Kavkazskiy uzel”ə danışan politoloqlar belə deyib.

İyunun 10-da Ermənistanın altı vilayətinin səkkiz icmasında icma başçılarının, altısında isə – ağsaqqallar şürasının seçkiləri keçirilib. Dörd digər icmanın sakinləri də icma başçıları və şura üzvlərini seçiblər. Seçkilərin nəticələrinə görə, iştirak edən 12 namizəd yenidən seçilənlərdəndi, bunlardan 5-i bu seçkidə müstəqil namizəd olaraq çıxış edən Respublika Partiyasının köhnə nümayəndələridir. Ermənistan Respublikaçı Partiyası (ERP) və Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasından irəli gələn namizədlər partiyasız rəqiblərinə uduzublar.

Mayın 8-də məxməri inqilab nəticəsində “Yelk” blokunun lideri Nikol Paşinyan Ermənistanın hökumət başçısı və faktiki başçısı oldu və hakim Respublikaçı Partiyası özünü müxalifət elan etdi.


Respublika Partiyasının məğlubiyyətindən sonra namizədlər partiyasız olmağı üstün tuturlar


İcma başçılığına namizədlər Respublika Partiyasına mənsubiyyətin yeni yaranmış siyasi şəraitdə qələbə üçün şanslarını azaltdığına görə ERP ilə aralarında məsafə saxlayırlar, bu barədə İrəvan Mətbuat Klubunun rəhbəri Boris Navasardyan bildirib.

Navasardyanın müşahidələrinə əsasən, həmin namizədlər əvvəllər siyasi baxımdan deyil, praqmatik hesablamalar əsasında respublikaçılar kimi çıxış edirlər.

“ERP-da iştirak etmək seçilmək şansını artırdı və namizədlər bunu istifadə edirdi. Bu gün vəziyyət fərqlidir və namizədlər partiyasız, müstəqil olmağı üstün tuturlar. Keçmişlərindən asılı olmayaraq, onlar müvəffəqiyyət qazanmaq istəyirlərsə, ERP-dən uzaqlaşmaq və hər hansı bir əlaqəni inkar etməyə çalışacaqlar”, – o deyib.

“ERP-nin pisləşən imicinin fonunda Çiçəklənən Ermənistan Partiyası yeni mövqeləri ələ keçirməyə çalışır”, – Boris Navasardyan belə deyib.

Mərkəzi Seçki Komissiyasına əsasən, Çiçəklənən Ermənistan Partiyası yerli seçkilərdə iştirak etmək üçün ikisi partiyasız olan 4 namizəd irəli sürüb. 2014-cü ildə keçirilən seçkilərdə partiya namizəd irəli sürməmişdi, icma başçıları namizədləri arasında isə öz namizədliklərini irəli sürən iki üzvü var idi. İyunun 10-da keçirilən seçkilərin nəticələrinə əsasən, ÇEP namizədləri iki icmaya – Araqatsotn rayonunda Nor Artik və Lori rayonunun Qeqasar icmalarına rəhbər seçildilər. ÇEP-nin namizədləri Ararat bölgəsinin Qoravan kəndində və Qeqarkunik rayonunun Vanevan kəndində seçkilərdə məğlub oldular.

Çiçəklənən Ermənistan regional səviyyədə mövqelər tutmağa çalışır. Əgər əvvəllər ERP ilə ÇEP arasında bölgədən və ya icmadan asılı olaraq təsir sahələrini ayırmaqla bağlı qeyri-rəsmi bir razılaşma vardısa, bu gün yerli özünüidarəetmə orqanlarında respublikaçılar tərəfindən tutulmuş vəzifələr boş qalıb və ÇEP yeni mövqeləri “ələ keçirməyə” çalışır”, – Navasardyan belə hesab edir.

Jurnalist “Yelk” parlament blokunun və ona daxil olan üç partiyanın passivliyini inkişaf etmiş regional şəbəkələrinin olmaması ilə əlaqələndirir. İrəvan Mətbuat Klubunun rəhbəri bildirir ki, blokun hər bir partiyası növbədənkənar parlament seçkilərində ayrı-ayrılıqda çıxış edə bilər, çünki indiyədək bu üç siyasi qüvvə yalnız parlament formatında əməkdaşlıq ediblər.

“Yelk” bloku (Çıxış) 2016-cı ilin dekabrında yaradılıb. Üç müxalifət partiyası – Maariflənmiş Ermənistan, Respublika və Vətəndaş Müqaviləsi – 2017-ci il parlament seçkilərində iştirak etmək üçün birləşdi. Seçkilərin nəticəsində blokun doqquz üzvü parlamentin deputatı oldu.

“Respublika Partiyası həmişə passiv olub, Maarifləmiş Ermənistannın isə Vanadzorda və hətta istina edilmir ki, Lori rayonunun bəzi cəmiyyətlərində gücləri var. Ümumi olaraq, onların ağsaqqallar şuraları və icma rəhbərlərinin vəzifələri uğrunda mübarizə aparacaq dəstəkləri yoxdur. Vətəndaş Müqaviləsi Partiyasının da icmalarda formalaşdırılmış dəstəkləri yoxdur, lakin onların mövqeyi hökumətdə dominant olduqlarını nəzərə alsaq, daha perspektivlidir”, – Boris Navasardyan ifadə edib.

“Kadr çatışmazlığı və ümummilli problemlərin olduğu bir şəraitində, Vətəndaş Müqaviləsi xüsusilə də bir çox partiyasız namizədin onların maraqlarını təmsil etməyə hazır olduqları bir vaxtda yerli seçkilərdə enerji sərf etmək istəmir”, – deyə o bildirib.

“Hakimiyyət dəyişikliyindən sonra, namizədlər ERP-ni perspektivsiz bir partiya kimi görürlər və özlərini əvvəlki hakimiyyət partiyası ilə əlaqələndirməməyə diqqət yetirirlər”,- deyə siyasi şərhçi Stepan Safaryan bildirib.

“ERP üçün namizəd ola biləcək maraqlı insanları tapmaq çətindir. Buna baxmayaraq, bəziləri körpüləri yandırmamaq və birdən vəziyyət yenə dəyişsə, geri qayıtmaq üçün ERP mənsubiyyətlərini gizlətməkdədirlər. Eyni zamanda onlar yeni hakimiyyətə respublikaçı olmadıqlarını nümayiş etdirmək üçün özlərini uzaqlaşdırırlar”, –  Safaryan qeyd edib.

“Çiçəklənən Ermənistan vəziyyətdən istifadə etməyə və mümkün olan bütün yerlərdə möhəmlənməyə çalışır”,- Safaryan belə hesab edir.

Çiçəklənən Ermənistan Partiyasının təsisçisi və lideri Qaqik Tsarukyan 2003-cü ildən etibarən erməni parlamentinin üzvü olan tanınmış iş adamıdır. Ermənistanda “məxməri inqilab” əsnasında “Tsarukyan” bloku Nikol Paşinyanın Baş nazirliyini dəstəklədi. Bəzi mənbələrə görə, 2004-cü ildə Ermənistanın indiki Baş naziri Paşinyanın nüfuzlu müxalifət qəzeti “Haykakan Jamanak” qəzetinin baş redaktoru olduğu zaman avtomobilinin partladılmasında Tsarukyanın da əli olub, Qaqik Tsarukyanın “Kavkazskiy Uzel”dəki bioqrafiyasında belə yazılıb.

“”Yelk” parlament bloku yerli seçkilərdə öz namizədlərini irəli sürməyib, çünki onlar regionlarda zəif təmsil olunur. Onlar növbədənkənar parlament seçkilərinə pis başlamaqdansa, inqilabi eyforiya altında reputasiyaları təhdid altında olan yeni kadrlara etibar etmək istəyir”, – siyasi şərhçi belə düşünür.

Siyasi texnoloq Armen Badalyan “YElk” blokunun yerli seçkilərdə partiya şəbəkəsinin olmamasına görə iştirak etməməsi ilə razılaşır. “Bölgələrdə iki siyasi qüvvə təmsil olunur: ERP və ÇEP. “Vətəndaş müqaviləsi” də daxil olmaqla digərləri inkişaf etmiş bir regional struktura malik deyil”, – deyə o bildirib.

Badalyan siyasi vəziyyətin dəyişməsi və RP-nin mövqelərinin zəifləməsi ilə regionlarda “Çiçəklənən Ermənistanın” aktivləşməsinin əlaqəli olduğunu düşünür. Onun sözlərinə görə, respublikaçılar hələ də hakimiyyət uğrunda mübarizəni tərk etməyiblər, ancaq öz güclərini bərpa etmək üçün bir ildən çox müddətə ehtiyac olduğunu başa düşürlər.

“Əvvəllər bölgələrdə namizədləri dəstəkləyərək, respublikaçılar öz güclərinin vertikallığını gücləndirdilər. Bu gün hakimiyyət fərqlidir və namizədlərini irəli sürməyin mənası yoxdur. Buna baxmayaraq, partiya mənsubiyyətinə fikir vermək lazım deyil. Bu, yerli seçkilərdə heç bir xüsusi rol oynamayan xarici dizayndır. Burada əsas sual odur ki, kimin daha çox qohumu və daha geniş dostu çevrəsi var”, – polittexnoloq bildirib.


İcma başçılığı namizədləri bölgələrdəki mübarizə haqqında danışdılar

“İyunun 10-da Ermənistanda keçirilən yerli seçkilər zamanı pozuntular qeydə alınmayıb”, – seçki iştirakçıları belə deyib.

Araqatsotn rayonu Nor Artik icmasının rəhbər namizədi, ERP nümayəndəsi Tatul Qriqoryan bildirib ki, səsvermənin gedişatını namizədlərin səlahiyyətli nümayəndələri müşahidə ediblər.

“Kiçik kəndimiz var, hamı bir-birini tanıyır, pozuntu və ya insident olmur”,  Qriqoryan deyib.

“Qəsəbədəki namizədlərin partiya mənsubiyyəti ikinci dərəcəli rol oynayır, kəndlilər bu və ya digər namizədin liderlik keyfiyyətlərinə üstünlük verirlər”, – deyə o bildirib.

“Fərqi yoxdur, siz yeni, ya köhnə Ermənistandasız. Hər şeydən əvvəl, dürüst olmaq lazımdır. Dürüst olsanız, hansı siyasi qüvvəyə aid olduğunuz heç də əhəmiyyətli deyil”, – Qriqoryan bildirib.

Çiçəklənən Ermənistan Partiyasının namizədi Vardqes Nersisyan səsvermə zamanı pozuntuların olmaması ilə bağlı rəqibinin sözlərini təsdiqləyib. “Biz eyni kənddə yaşayırıq, bir-birimizə qarşı xoş münasibətimiz var və seçkilərdən sonra da qalacaq”, – deyə o bildirib.

Daha əvvəl icmaya başçılıq edən Tatul Qriqoryan seçkidə 111 səs qazanıb və vəzifəsinə təkrar seçilə bilməyib. Nor-Artik icmasının yeni rəhbəri 158 səs toplayan Vardqes Nersisyan olub.

Ermənistanın Ararat bölgəsinin Ayqezard kəndində icma başçısı vəzifəsinə dörd namizəd irəli sürülmüşdü. Onların arasında hal-hazırda partiyasız olan, keçmiş ERP üzvü, kəndin indiki rəhbəri Artur Manukyan və onun qardaşı oğlu, “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi Aram Manukyan da var.

“Biz həmişə siyasi rəqib olmuşuq. Parlament seçkilərində “Yelk” seçki blokunun qərargahına rəhbərlik etmişəm. Amma bu münasibətimizə mane olmur”, – Aram Manukyan bildirib.

Aram Manukyanın sözlərinə görə, səsvermə zamanı heç bir pozuntu qeydə alınmayıb. Yeni Ermənistanda seçkiqabağı rüşvət və ya təzyiq kimi anlayışlar qanunsuzdur”, – deyə vurğulayıb.

“Sakinlərin siyasi mədəniyyətinin dəyişdirilməsi üçün mübarizə aparmaq lazımdır ki, gələcəklərini seçsinlər və namizədləri qohumluq prinsipi ilə deyil, seçkiqabağı proqramına görə qiymətləndirsinlər”, – deyə bildirib.

Proqramının əsas məqamlarını o, yollar və təmir, kəndin yaxşılaşdırılması və kənddə kəskin olan tələbə avtobusu yoxluğu probleminin həlli olduğunu deyib.

Artur Manukyan, öz növbəsində bildirib ki, Respublika Partiyasının sıralarından çıxıb və yaxın gələcəkdə heç bir siyasi qüvvəyə qoşulmağı planlaşdırmır. Onun sözlərinə görə, yenidən seçildiyi halda yeni hökumətlə əməkdaşlıq üçün heç bir problem görmür.

“Mən partiyasız namizəd kimi çalışıram, yarımçıq işləri bitirmək istəyirəm, xüsusilə də kənd küçələrinin işıqlandırma məsələsini”, – deyə o bildirib.

Seçkidən sonra Artur Manukyan kəndin başçısı seçilə bilmədi və üçüncü yerdə oldu (479 səslə). Aram Manukyan yalnız 25 səslə sonuncu yeri tutdu. İkinci yeri 528 səslə partiyasız namizəd olan Vaqe Harutyunyan tutdu, partiyasız Azat Avetisyan isə 584 səslə icmanın rəhbəri seçildi.

Material “Kavkazskiy Uzel”in saytında yerləşdirilib

Ana səhifəXəbərlərErmənistanda: İcma başçısı seçkilərini partiyasız namizədlər qazandı