Ermənistan yeni silah almaq üçün əlavə 55 milyon dollar ayırır

Silahlar hərbi paradda nümayiş etdiriləcək
Ermənistan gələn il yeni silahlar alınmasına əlavə 55 milyon dollar vəsait ayırmaq fikrindədir. Bu məqsədlə 2018-ci ilin büdcə layihəsində müdafiə xərcləri təxminən 55 milyon dollar artırılıb. Ermənistanın gələn il üçün büdcə layihəsində müdafiə xərcləri üçün 518 milyon dollar ayrılması nəzərdə tutulur.
Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, bunu oktyabrın 2-də ölkənin müdafiə naziri Vigen Sargsyan deyib.
Nazir hansı ölkələrdən və hansı yeni silahlar alınacağına aydınlıq gətirməyib. O, silahları hərbi paradda nümayiş etdirmək istədiklərini söyləyib:
“Mümkün silah alınmasından danışmaq mənasızdır. Birincisi, ona görə ki, bu, bütün prosesi çətinləşdirir, ikincisi isə öz perespektiv planını açıqlamaq rəqibə buna qarşı vasitə tapmaq imkanı verir”.
Ermənistan silah alınması ilə bağlı ən böyük müqaviləni sonuncu dəfə ötən ilin əvvəlində imzalayıb.
Yerevanın strateji müttəfiqi olan Moskva ümumilikdə Rusiyadan götürülmüş 200 milyon dollarlıq kreditə Ermənistana bir sıra yeni növ silahlar satmağı vəd edib.
Təxminən iki il vaxt ötməsinə baxmayaraq, bu silahların verilməsi hələ ki, başa çatdırılmayıb.
Sargsyan Vigen, Rusiyanın yaxın vaxtlarda bütün silahları verəcəyini vurğulayıb:
“Müqavilələrdə nəzərdə tutulduğu kimi, 200 milyon dollarlıq silahların verilməsinin bu ilin sonunda yekunlaşdırılacağı gözlənilir”.
Nazir həmçinin deyib ki, yaxın vaxtlarda orduda xidmətdən təxirəsalma qaydalarına da dəyişiklik ediləcək:
“Vəziyyət narahatedicidir. Hər il bu hüquqdan 800-dək tələbə istifadə edir ki, sonda onların əksəriyyəti gələcəkdə orduda xidmət etmir”.
2018-ci il üçün Azərbaycanda büdcənin xərclər hissəsində 4 milyard manatdan çox artım nəzərdə tutulur. Və bu artımın bir hissəsi hərbi xərclərə gedəcək.
2017-ci ilin büdcəsində Azərbaycanda müdafiə xərclərinə ayrılmış vəsait milyard yarım dollardan çoxdur.

Source:

Ana səhifəXəbərlərErmənistan yeni silah almaq üçün əlavə 55 milyon dollar ayırır