Səbəb Rusiyanın “Birinci kanal”ında nümayiş olunan proqramdı
Oktyabrın 24-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb. Səfir Sergey Kopırkinə Rusiyanın “Birinci kanal”ında oktyabrın 23-də nümayiş olunan proqramla bağlı etiraz notası təqdim edilib.
Məlumatı “armenpress” yayıb.

“Proqramda Ermənistanın yüksək rütbəli rəsmilərinə qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib”, – deyə Ermənistanın XİN-dən bildirilib.
Bildirilir ki, proqramda Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı xoşagəlməz ifadələr səsləndirilib. Verilişdə “Ana Ermənistan” müxalifət blokunun rəhbəri Andranik Tevanyanın da iştirak etdiyi deyilir.