Ermənistan vətəndaşı məhkəmədə Azərbaycan prezidentinə təşəkkür etdi

Arsen Baqdasaryan: “Həbsdə olduğum müddətcə mənə qarşı yaxşı rəftar olunub, geyim və qida ilə daim təmin edilmişəm”

Source:


Arsen Baqdasaryan: “Həbsdə olduğum müddətcə mənə qarşı yaxşı rəftar olunub, geyim və qida ilə daim təmin edilmişəm”

Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən ilin dekabrında Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçərək, kəşfiyyat aparmaqda ittiham edilən Arsen Baqdasaryanın cinayət işi üzrə birinci baxış iclası keçirilib. “Kəpəz TV”nin məlumatına görə, iclas hakimlər Elbəy Allahverdiyevin sədrliyi, Zabil Qasımov və  Elmin Rüstəmovun iştirakı ilə təşkil olunub.

Məhkəmədə Ermənistan vətəndaşını Ağdam rayonunun Zəngişalı kəndi ərazisində ələ keçirən azərbaycanlı hərbçilər də iştirak edib.

Hazırlıq iclasında növbəti məhkəmənin qapalı olacağı bildirilmişdi. Ancaq aprelin 13-də keçirilən birinci baxış iclasında məhkəminin qismən açıq keçirilməsi qərara alınıb. Məhkəmə prosesini mətbuat nümayəndələri də izləyə biliblər.

Arsen Baqdasaryan 2 nəfər tərcüməçi (Səidə Abbasova və Fərhad İsgəndərov) ilə təmin edilib. Əsir götürülən kəşfiyyatçının müdafiəçisi Vəkillər Kollegiyasının üzvü Ramiz Abdullayevdir. Məhkəmə iclasında 4 nəfər zərərçəkən hərbçi və 2 nümayəndə iştirak edib.

Ermənistan vətəndaşı ona qarşı qaldırılan ittihamlara etiraz etməyib. O, Ermənistan hökumətinə müraciət edərək, Azərbaycana məxsus torpaqların azad olunmasını istəyib: “Azərbaycanlılarla ermənilər illərlə yaxşı münasibətdə olub. Ermənistan azərbaycanlıların torpağını geri qaytarmalıdır. Azərbaycan müharibə istəmir, Azərbaycan ona məxsus torpaqları tələb edir. Erməni əsgərlərə səslənərək bildirirəm ki, siz başqasının torpağından geri çəkilməlisiniz. Ermənistanda olan azərbaycanlı əsirlər geri qaytarılmalıdır. Həbsdə olduğum müddətcə mənə qarşı yaxşı rəftar olunub, geyim və qida ilə daim təmin edilmişəm. Bunun üçün Azərbaycan prezidentinə təşəkkür edirəm. Diqqətinizə çatdırıram ki, bu söylədiklərimi mənə heç kəs diqtə etməyib, bu, mənim sərbəst düşüncəmdir”.

Proses davam edir.

Ana səhifəXəbərlərErmənistan vətəndaşı məhkəmədə Azərbaycan prezidentinə təşəkkür etdi