Ermənistan və Rusiyaya cavab: Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirəcək

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Source: google.az


Təlimlərdə quru qoşunları və aviasiya iştirak edəcək

Azərbaycan və Türkiyə iyulun 29-dan birgə

hərbi təlimlər

ə başlayacaqlar.

Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, təlimlər iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən baş tutacaq.

Təlimlər Azərbaycan ərazisində keçiriləcək. Təlimlərdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuşlar planlaşdırılıb.

Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Bu, iyulun 12-də Azərbaycanın Ermənistanla sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlərdən sonra keçirilən ilk birgə təlimlərdir. Döyüşlər zamanı Azərbaycan 11 nəfər hərbçisinin, o cümlədən bir general-mayorun və bir mülki şəxsin həlak olduğunu bildirib. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistanın yüzdən çox canlı qüvvəsi məhv edilib və qeyd edib ki, qarşı tərəf itkilərin sayını azaldır. Ermənistan Müdafiə Nazirliyi 7 hərbçisinin öldüyünü etiraf edib və çoxlu sayda yaralının olduğunu deyib.

Tovuz istiqamətində döyüşlərin getdiyi bir zamanda Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfər etdi. Müdafiə Nazirliyinin məlumatına görə, səfər çərçivəsində Ramiz Tahirov Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla

görüşüb

.

Sərhəddə döyüşlər bitən kimi Ermənistan Rusiya ilə birgə təlimlər keçirdi. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərin məqsədi pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə

metodlarıdır

.

Ana səhifəSiyasətErmənistan və Rusiyaya cavab: Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirəcək