Zohrab Mnatsakanyan

Mənbə: google.az

Başlıq: Zohrab Mnatsakanyan

Ermənistan: Türkiyə bölgədə sabitliyi pozmaq istəyir

"İyul hadisələri zamanı Türkiyə tərəfli və aqressiv yanaşma sərgiləyən yeganə ölkə oldu”

Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan Misirə səfərində Türkiyənin bölgədəki sabitliyi pozmaqda məsuliyyət daşıdığına təkrarlayıb, - yerli erməni saytı “Asbarez” xəbər verir.

“İyul hadisələri zamanı Türkiyə tərəfli və aqressiv yanaşma sərgiləyən yeganə ölkə oldu”, - Mnatsakanyan deyib.

Sentyabrın əvvəlində Mnatsakanyan Rusiya xəbər agentliyi “İnterfaks”a oxşar mesaj verərək Türkiyənin sabitliyi pozma siyasətini Cənubi Qafqaz bölgəsinə ixrac etməyə çalışdığını demişdi.

İtalyan xəbər agentliyi EFE ilə müsahibəsində Mnatsakanyan Ermənistanın Avropa ilə Rusiya arasında balans siyasət apararaq, əslində ölkənin xarici siyasətinin “bir tərəfdaşla digərinin hesabına münasibət qurmamaq” olduğunu bildirib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan Mnatsakyan tərəflər arasında 1994-cü ildən qüvvədə olan atəşkəsin gücləndirilməsi mexanizmlərinə toxunub.

İyul ayında Ermənistanla Azərbaycan arasındakı nəzarət xətti boyunca münaqişə yenidən alovlanıb. Hər iki tərəf atəşkəsin pozulmasına təhrikdə bir-birini günahlandırır.

“Bizim mövqelərimizə hücum edildi, eyni zamanda mülki əhaliyə də hücum edildi. Dörd gün ərzində hücumu dəf etdik”,- Mnatsakanyan EFE-yə bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev münaqişə zamanı “bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyindədir” demişdi.

“Asbarez”in verdiyi məlumata görə, Mnatsakanyan Qahirədə görüş zamanı Yerevanın Ankara ilə Şərqi Aralıq dənizi münaqişəsində Misiri dəstəklədiyini bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gpxig6

Ən çox baxılan