Ermənistan tərəfi yüzlərlə əsgərin Şuşa ərazisində əsir düşdüyünü deyir (yenilənir)

Azərbaycan Müdafiə Nazirliyi yayılan videolarla bağlı hər hansı açıqlama yaymayıb.

Source: Specify Source


15.21.


Ermənistanın Müdafiə Nazirliyi "Sputnik-Armeniya" saytının yaydığı informasiya barədə Dağlıq Qarabağ separatçılarının “Müdafiə ordusuna” sorğu göndərib.


Bu barədə "AzadliqRadiosu"nun Ermənistan xidməti məlumat yayıb.


Məlumata görə, nazirlik sorğusunda “erməni hərbçilərin əsir götürülməsinı əks etdirən videoların” Azərbaycan mediasında necə yayıldığına aydınlıq gətirilməsini istəyir:


“Nazirlik bu barədə yaxın gələcəkdə bəyanat veriləcəyini bildirib. Azərbaycan mediasında yayılan xəbər və videolarda Xtsaberd və Hin Tağlar kəndlərinin tutulması zamanı 100-dək erməni hərbçinin əsir götürüldüyü iddia olunurdu. Bundan əvvəl Azərbaycandakı sosial medialarda Dağlıq Qarabağın kəndlərində erməni hərbçilərin əsir götürülməsini iddia edən videolar yayılmışdı”.

***


Əsir düşənlərin içərisində vəzifəli şəxslərin olduğu da bildirilir

Ermənistanın Şirak vilayətinin onlarla sakini Şuşa rayonunun Böyük Qaladərəsi kəndinin yaxınlığında mühasirədədir və ya artıq əsir düşüb.

Bu barədə “Sputnik Armenia” sosial şəbəkələrdə Azərbaycan tərəfdən yayılan videolara əsasən

məlumat

yayıb.

Bildirilib ki, Şirak vilayətinin sakinləri bölgədən olan könüllülərin üç gün mühasirədə qaldığını deyiblər: “Dekabrın 15-də Azərbaycan tərəfindən yayılan videoda həmin dəstənin necə əsir düşdüyü görünür. Əsir düşənlərin əksəriyyəti Ermənistanın Şirak vilayətinin Sarapat və Aşotsk kəndlərinin sakinləridir. Söhbət Şirak vilayətindən 150 könüllüdən və onlarla vəzifəli şəxsdən gedir”.

Sayt yazır ki, Ermənistandan digər bir qrup Çalaqqala yaxınlığında əsir düşüb.

Azərbaycan Müdafiə Nazirliyi yayılan videolarla bağlı hər hansı açıqlama yaymayıb.

Meydan TV-nin nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıyla əlaqə saxlamaq cəhdi alınmayıb.

10 noyabr tarixli üçtərəfli bəyanata əsasən bütün erməni qoşunları Dağlıq Qarabağ da daxil olmaqla, işğal olunmuş ərazilərdən dekabrın 1-nə qədər çıxmalı idi.

Ancaq bəyanatın şərtləri yerinə yetirilməyib.

Əksinə, erməni hərbçiləri adları çəkilən kəndlərin yaxınlığında bir neçə azərbaycanlı hərbçini və mülki şəxsləri öldürüb və yaralayıb.

Bundan sonra Azərbaycan antiterror əməliyyatı keçirərək həmin məntəqələri öz nəzarətinə götürdü.

Ana səhifəSiyasətErmənistan tərəfi yüzlərlə əsgərin Şuşa ərazisində əsir düşdüyünü deyir (yenilənir)