Ermənistan Rusiyadan artıq xahiş edir

Kremlyönlü təşkilat isə Permyakovu – 6 nəfərlik ailənin qatilini “vicdan məhbusu” elan edib

Source:


Kremlyönlü təşkilat isə Permyakovu – 6 nəfərlik ailənin qatilini “vicdan məhbusu” elan edib

Ermənistanın baş prokuroru Gevork Kostanyan Rusiyalı həmkarı Yuri Çaykaya erməni müstəntiqlərin Gümridə altı nəfərlik ailənin qətlində ittiham olunan rus hərbiçisi Valeri Permyakovu dindirmək icazəsi verilməsi xahişi ilə müraciət edib.

“Aykakan jamanak” qəzetinin məlumatına görə, indiyədək Ermənistanın istintaq orqanları onu dindirmək və ya onunla görüşmək imkanına malik olmayıblar.

Yanvarın 15-də Gümridə keçirilən mitinqdə ER baş prokuroru Gevorg Kostanyan gümriləri erməni müstəntiqlərinin artıq istintaq tədbirləri aparmaq üçün 102-ci rus hərbi bazasında olduqlarına inandırmışdı. O, həmçinin işin iki ölkə qanunvericiliyinin müqayisəsi əsasında erməni və ruslar tərəfindən aparıldığını iddia etmişdi.

Bu arada, bu günlərdə Moskvada ortaya çıxmış “Antimaydan” adlı yeni Kremlyönlü təşkilat artıq Permyakovu – 6 nəfərlik ailənin qatilini “vicdan məhbusu” elan edib və onu Ermənistana təhvil verməməyi, Rusiya göndərməyi tələb edir.

Yanvarın 12-də faciənin baş verdiyi Gümri şəhərinin əhalisi Permyakovun 102-ci rus hərbi bazasından Ermənistana təhvil verilməsini gözləyir və bu baş verməzsə, yeni etiraz aksiyalarına başlamaqla hədələyir. Lakin, göründüyü kimi, Moskva “strateji” müttəfiqinin və “Qafqazdakı forpostunun” fikrini dinləmək niyyətində deyil.

Ana səhifəXəbərlərErmənistan Rusiyadan artıq xahiş edir