Tərtər Rayon Yol Polisinin rəis müavinin oğlu Cavid Məmmədov sentyabrın 5-də ermənilərə əsir düşüb
Dağlıq Qarabağ “xoş məram” göstərərək Azərbaycan vətəndaşı Cavid Məmmədovu (1999-cu ildə anadan olub) qaytarmağa hazırdır.
“Turan İA”-nin məlumatına görə, Tərtər Rayon Yol Polisinin rəis müavini Samir Məmmədovun oğlu Cavid Məmmədov sentyabrın 5-də ermənilərə əsir düşüb.
Mənbə qeyd edib ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli ofisi və ATƏT ofisi məlumatlandırılıb.
Cavid Məmmədovun əmisi Sənan Məmmədov bildirmişdi ki, 15 yaşlı qardaşı oğlu ikinci qrup əlil olub: “Çayda çimib, balıq tuturmuş və daha sonra sərhədi necə keçməsi ilə bağlı heç bir məlumatımız yoxdur”.