Jirayra Səfilyan iyunun 22-də İrəvanın televiziya binasına hücum planı hazırlamaqda günahlandırılaraq həbs olunub
İyulun 17-də Ermənistan paytaxtında polis idarəsinə hücumda 1 nəfər ölüb.
Məlumatı
lenta.ru
yayıb.
Bildirlir ki, silahlılarla təslim olmaq üçün danışıqlar aparılır. Ermənistan Milli Təhlükəsizlik Xidməti hər hansı müqavimətə görə silahlıların məsuliyyət daşıdığını bildirib.
Məlumata görə, iyulun 17-də səhərçağı bir qrup silahlı şəxs Erebuni rayonunun polis bölməsini nəzarətə götürüb, onlar Qarabağ müharibəsinin iştirakçısı, müxalif təşkilat “Yeni Ermənistan” cəbhəsinin lideri Jirayra Səfilyanın azad olunmasını tələb ediblər. Hazırda silahlıların nəzarətində olan polis binası xüsusi zirehli polis maşınları ilə mühasirəyə alınıb.
Jirayra Səfilyan iyunun 22-də İrəvanın televiziya binasına hücum planı hazırlamaqda günahlandırılaraq həbs olunub.