Ermənistan parlamentində növbədənkənar seçkilərin tərəfdarlarının sayı artır

Paşinyan parlamentin ikinci böyük fraksiyası ilə razılığa gəldi

Source:
Ermənistan parlamenti
Ermənistan parlamenti
Ermənistan parlamenti
Ermənistan parlamenti


Paşinyan parlamentin ikinci böyük fraksiyası ilə razılığa gəldi

Ermənistan parlamentinin 14 nəfər deputatı bəyanat imzalayaraq, Baş nazir Nikol Paşinyanın dekabrın 2-də növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünü dəstəkləyib.


Ermənistan mətbuatı

xəbər verir ki, N.Paşinyanın təklifinə əsasən, Baş nazir istefaya getməli, bu posta növbədənkənar seçkilərə qədər heç kim namizəd göstərilməməli, parlament isə buraxılmalıdır. Təklifə əsasən, N.Paşinyan Baş nazirin səlahiyyətlərini icra edən şəxs kimi qalmalıdır.

Bu təklifin əleyhinə keçmiş hakim partiya olan Respublika partiyası çıxış edir. Partiya 105 deputatlıq parlamentdə 50 yerə malikdir və bu say partiyaya Baş nazir vəzifəsinə namizəd irəli sürməyə imkan vermir.

Oktyabrın 8-də isə, N.Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının lideri, ölkədə iri biznesmen Qaqik Tsrukyanla növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsünün dəstəklənməsi barədə razılıq əldə edib. Bu partiya parlamentdə “Tsarukyan” adlanan ikinci böyük fraksiyadır.

Razılığa əsasən, Tsarukyan hər hansı bir digər partiyanın Baş nazir vəzifəsinə namizəd irəli sürmək təşəbbüsünü dəstəkləməyəcək.

Nikol Paşinyan mayın 8-də Ermənistanın Baş naziri seçilib.

Ermənistan parlamentində Baş nazir seçkilərinin ikinci turunda N.Paşinyanın namizədliyinin lehinə 59 nəfər səs verib. Onun Baş nazir seçilməsi üçün 53 səs kifayət edirdi. N.Paşinyanın əleyhinə 42 deputat səs verib.

N.Paşinyanın namizədliyi “Yelk”, “Tsarukyan bloku” və “Daşnaksütün” tərəfindən irəli sürülsə də Baş nazir seçilməsi üçün hakim Respublika Partiyasından olan deputatların səsi də lazım olub.

2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkilərində Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət Serj Sarkisyana uduzduqdan sonra Yerevanın mərkəzində mitinq keçirərək səsvermənin rəsmi yekunlarına etirazını bildirib. Martın 1-2-də keçirilmiş aksiyalarda mitinqçilərlə asayiş keşikçiləri arasında qarşıdurmada on nəfər ölüb, 200-dək insan yaralanıb.

Hazırkı Baş nazir Nikol Paşinyan həmin vaxt Ter-Petrosyanın seçkiqabağı qərargahının üzvü və etiraz aksiyalarının fəal iştirakçılarından biri idi. Hadisələrdən sonra Paşinyan gizləndiyindəın axtarışa verilmiş, amma 2009-cu ildə hökumətə təslim olmuşdu. 2010-cu ildə paytaxt məhkəməsinin qərarı ilə N.Paşinyan kütləvi iğtişaşlar təşkil etdiyinə görə 7 il azadlıqdan məhrum edilib, 2011-ci ildə amnistiyaya əsasən azadlığa buraxılıb.

Ana səhifəXəbərlərErmənistan parlamentində növbədənkənar seçkilərin tərəfdarlarının sayı artır