Ermənistan Parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv edib

Seyran Ohanyan. Foto: https://iravaban.net/

Keçmiş müdafiə naziri və Armen Çarçyana cinayət işi açılıb

Fevralın 8-də Ermənistan Parlamenti “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan və digər deputat Armen Çarçyana cinayət işinin başlanması və deputat toxunulmazlığının ləğvi barədə vəsatəti təmin edib.

Fevralın 7-də Baş prokuror Anna Vardapetyan onlara qarşı ictimai cinayət təqibinin başlanması ilə bağlı vəsatətləri parlametə təqdim etmişdi.

Ancaq S.Ohanyanın vəkili Karen Mejlumyan deyib ki, iddia müddətinin başa çatması səbəbindən keçmiş müdafiə nazirinə qarşı cinayət təqibi həyata keçirilə bilməz.

“Baş prokurorun vəsatət təşəbbüsü qanunsuzdur. Seyran Ohanyan iddia müddətinin başa çatması ilə bağlı heç bir addım atmayıb və o, təşəbbüs etmək məcburiyyətində deyildi”, – deyən Mejlumyan baş verənlərin məqsədinin Ohanyanı deputat mandatından məhrum etmək olduğunu ehtimal edir.

S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.

O, 1979-1983-cü illərdə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində təhsil alıb.

Ana səhifəDünyaErmənistan Parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv edib