Daha bir nəfər ağır yaralanıb
Ermənistan mətbuatının yaydığı
məlumata görə
, Azərbaycan işğal olunmuş ərazilərində mina partlayışı nəticəsində Ermənistan ordusunun üç hərbçisi həlak olub, biri isə yaralanıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
2017-ci il üçün Ermənistan ordusunda itkilərlə bağlı məlumat olmasa da, Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) Azərbaycan, Gürcüstan və Ermənistanın rəsmi qurumlarının məlumatları, Kütləvi İnformasiya Vasitələri üzərində apardığı monitorinqin nəticələrinə görə, 2016-cı ildə Ermənistan ordusunun ümumi itkiləri 165 nəfər
təşkil edib
.
Onların 112-si döyüş, 53 nəfəri isə qeyri-döyüş itkisidir.
Həmin il Azərbaycan ordusunun itkiləri 147 nəfər olub ki, onlardan 109 nəfəri döyüş, 38 nəfəri isə qeyri döyüş itkisidir.