”Ermənistanın istənilən təxribat cəhdinin qarşısı dərhal və qətiyyətlə alınacaq”
”Martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq, bölmələrimiz növbəti təxribata hazırlaşan qarşı tərəfi əvvəlcədən aşkar edərək qabaqlayıcı zərbə endiriblər”.
Məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilir ki, atəş nəticəsində hərbi texnika və onlarla canlı qüvvə itirən Ermənistan ordusu törətdiyi qanlı fəaliyyəti öz xalqından yenə də gizlədir.
Azərbaycan Müdafiə Nazirliyi xəbərdar edir ki, Ermənistanın istənilən təxribat cəhdi, eləcə də dinc yaşayış məntəqələrimizin atəşə tutulması Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq, qarşı tərəfin Ağdərə, Madagis, Talış və digər məntəqələrdə yerləşən hərbi infrastrukturu atəşlə məhv ediləcək.