Tadevos Avetisyan: “Vətənimizin bir hissəsi işğal olunub, bir hissəsini də işğal etmək istəyirlər”
Ermənistan müxalifəti Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun yenidən işə salınmasına qarşıdır.
Müxalifət hesab edir ki, bu yol Azərbaycanla Türkiyəyə iqtisadi səmərədən çox, “yumşaq güc” vasitəsilə qida verməkdir.
Bu barədə Ermənistan Parlamentinin “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan “Azadlıq” radiosuna danışıb.
Avetisyan dəmir yolunun yenidən işə salınmasını “pul üçün torpaq” kimi qiymətləndirib:
“Vətənimizin bir hissəsi işğal olunub, düşmən bir hissəsini də işğal etmək istəyir. Amma indi “bax, yaxşı yaşayacağıq, sərmayələr olacaq” və s. Bu, az qala belədir: pula torpaq”.
Fraksiya üzvü Rusiyanın vasitəçiliyi ilə yollar açılması haqda suala belə cavab verib:
“Hesablamalar haradadır, yəni hansı məhsullar var ki, biz bu yolla ixrac etməliyik, başqa yolla ixrac edə bilmirik, hansı ixrac potensialımız var? Yəni Azərbaycan və Türkiyə qonşu Ermənistanın iqtisadi cəhətdən inkişaf etməsini istəyir? Yox, istəmir”.
Avetisyan hesab edir ki, Azərbaycan və Türkiyə üçün iqtisadi fayda qətiyyən nəzərəçarpan deyil:
“Onlar öz yumşaq gücləri ilə ərazini ələ keçirmək istəyirlər. Bu gün mövcud olan aqressiya, hər saniyə bizi müharibə ilə hədələmələrinə baxın. Biz bunun iqtisadi cəhətdən qarşılıqlı faydalı olacağına böyük ümidlər bəsləyirik… Belə bir vəziyyətdə, məncə, bu cür söhbətlər real əsasa malik olduğundan daha çox uyuşdurucu, yanıltıcı və ya sakitləşdirici olur”.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti ilə görüşdən sonra demişdi ki, Yerevan müəyyən siqnallar alıb.
O bildirmişdi ki, Horadiz-Meğri-Ordubad-Sədərək-Yerəşx dəmir yolunun bərpası işlərinə yenidən başlamaq olar.
Parlamentin Xarici Əlaqələr Komitəsinin üzvü Sarqis Xandanyan dekabrın 7-də “Azatutyan”a açıqlama verib.
“Noyabrda keçirilən Paşinyan-Putin müzakirələrini və dekabrın 6-da Ermənistan, Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən görüşü nəzərə alaraq demək olar ki, dəmir yolunun yenidən işə salınması üçün hərəkətə ümid var, pulla bağlı problem yoxdur”, – deyə o qeyd edib.
Ancaq Ermənistanın Baş naziri dünən parlamentdə dekabrın 6-da Moskvada keçirilən üçtərəfli işçi qrupunun iclasında dəmir yolunun açılması məsələsi ilə bağlı konkret nəticə olmadığını söyləyib.