Şuşan Stepanyan: “Görünür, Azərbaycan hakimiyyəti vəziyyətdən xəbərsizdir”
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan özünün "Facebook" səhifəsində Hadrut olduğu iddia edilən video-görüntü paylaşıb. Həmin videoda hərbi avtomobildən küçələr çəkilir.
Şuşan Stepanyan görüntünün dəqiqələr öncə Hadrutda çəkildiyini iddia edir. Bildirir ki, görünür, Azərbaycan hakimiyyəti vəziyyətdən xəbərsizdir:
"Hadrut bizdədir, bu, bir neçə dəqiqə öncə çəkilmiş videodur".
Video təxminən 2 saat öncə yayımlanıb. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından bir az sonra.
Bu gün, oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib. Bildirib ki, Azərbaycan Ordusu Hadrud qəsəbəsi ilə yanaşı bir neçə kəndi işğaldan azad edib:
"Hadrutla yanaşı, Çaylı, Yuxarı Güzlək, Gorazili, Qışlaq, Qaracallı, Əfəndilər, Sur və Süleymanlı kəndləri də işğaldan azad edilib".