Ermənistan KTMT-yə maliyyə ayırmayacaq (yenilənib)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT). Foto: “odkb-csto.org”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Yerevanın maliyyələşdirməni dayandırmaq qərarından xəbərdardır.

Bu barədə SİTA agentliyinə KTMT-dən deyiblər:

Lakin Ermənistan təşkilatın üzvü olaraq qalır”.


Yerevan büdcə ilə bağlı qərarın məhdud tərkibdə qəbul edilməsini istəyir

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarında nəzərdə tutulmuş fəaliyyətini maliyyələşdirməyəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

O qeyd edib ki, Ermənistan KTMT-nin 2024-cü il büdcəsinə dair qərarın məhdud tərkibdə qəbul edilməsinə etiraz etmir.

Ermənistan Xarici İşlər Nazirliyi. Mənbə: “mfa.am”

2022-ci ilin noyabrında Yerevanda keçirilən KTMT sammitində Baş nazir Nikol Paşinyan təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamayıb.

Fevralın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı “dondurulub”.

Ermənistan bundan əvvəl dekabrın 19-da KTMT parlamentinin iclasında iştirakdan imtina edib.

Yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan KTMT-dən heç bir gözləntinin olmadığını bildirib.

Ana səhifəDünyaErmənistan KTMT-yə maliyyə ayırmayacaq (yenilənib)