İran və Ermənistan azad ticarət zonasını genişləndirirlər
Avqustun 16-da Ermənistanın iqtisadi inkişaf naziri Suren Karayan İran prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Kabar Tarkanla görüşüb.
İRNA agentli yazır ki, danışıqlar zamanı K.Tarkan iki ölkə arasındakı viza rejiminin sadələşdirilməsinin turizmin inkişafını gücləndirdiyini deyib:
“Turizm sahəsində əməkdaşlıq digər sahələrdə qarşılıqlı əməkdaşlığın genişlənməsinə gətirib çıxara bilər”.
S.Karayan isə Ermənistan-İran iqtisadi əlaqələrinə böyük önəm verdiyini söyləyib:
”Bu gün böyük məmnuniyyətlə sizinlə mövcud potensialdan maksimum istifadə imkanlarını müzakirə edəcəyəm”, – deyə bildirib.
O, beynəlxalq təcrübəyə toxunaraq qeyd edib ki, uğurlu iqtisadi inkişafın hərəkətverici qüvvəsi Mehri (Ermənistan) və Araz (İran) azad iqtisadi zonaları arasında fəal qarşılıqlı əməkdaşlıq ola bilər.
Görüş zamanı həmsöhbətlər birgə sənaye müəssisələrinin yaradılması, həmçinin Avrasiya İqtisadi İttifaqı ölkələrinin və digər dövlətlərin bazarlarına İran məhsullarının çıxarılması imkanlarını, həmçinin Qara dəniz tərəfə nəqliyyat dəhlizini müzakirə ediblər.