Ermənistan iki hərbçisinin öldüyünü təsdiqlədi

Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin 100-dən çox canlı qüvvəsinin öldürüldüyünü bildirib və qeyd edib ki, Ermənistan ös itkilərini gizlədir.

Ermənistan ordusu, Mənbə: Reuters

Ermənistan Müdafiə Nazirliyi Tovuz istiqamətində gedən döyüşlərdə iki hərbçisinin öldüyünü təsdiqləyib.

Ermənistan mətbuatının məlumatına görə, ölənlər mayor Haruş Ambartsumyan və kapitan Sos Elbakyandır.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” səhifəsində yazıb.

İyulun 12-dən Azərbaycanın Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində başlayan döyüşlər nəticəsində Azərbaycan tərəfi 11 hərbçinin və bir mülki şəxsin həlak olduğunu bəyan edib. Həlak olanlar arasında general-mayor Polad Həşimov var. Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin 100-dən çox canlı qüvvəsinin öldürüldüyünü bildirib və qeyd edib ki, Ermənistan ös itkilərini gizlədir.

Ana səhifəSiyasətErmənistan iki hərbçisinin öldüyünü təsdiqlədi