Ermənistan daha iki hərbçinin öldürüldüyünü deyir

Onun sözlərinə görə, gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən kiçik serjantlar Smbat Qabrielyan və Qrişa Matevosyan öldürülüb.

Source: Specify Source


Azərbaycanın Müdafiə Nazirliyi: “Ermənistan ordusu 100-dən çox canlı qüvvə itirib”

Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində gedən döyüşlərdə iki hərbçisini itirdiyini bildirib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” səhifəsində ölən hərbçilərin kimliyini açıqlayıb.

Onun sözlərinə görə, gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən kiçik serjantlar Smbat Qabrielyan və Qrişa Matevosyan öldürülüb.

İyulun 12-dən Azərbaycanın Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs pozulub, döyüşlər gedir. Baş verən hadisə cəmiyyətdə müharibə əhval-ruhiyyəsinin artmasına səbəb olub.

Son rəsmi məlumata görə, döyüşlər nəticəsində Azərbaycanın 11 hərbçisi, o cümlədən general-mayor Polad Həşimov həlak olub. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan ordusunun 100-dən çox canlı qüvvə itirdiyini deyib və qeyd edib ki, Ermənistan tərəfi itkilərin sayını gizlədir. İyulun 14-də Ermənistan Müdafiə Nazirliyi iki zabitinin öldürüldüyünü

bildirib

.

Ana səhifəSiyasətErmənistan daha iki hərbçinin öldürüldüyünü deyir