“Ermənistan hücum planını qurarkən rəhbərin ölkədə olmamasından istifadə edib”

Novruz Məmmədov: “İrəvan prezidentlərin görüşünün baş tutmaması üçün təxribat törədir”

Source:


Novruz M


əmmədov:





İrəvan


prezidentl


ə


rin g


ö


r


üşü


n


ü


n ba


ş


tutmamas


ı



üçü


n t


ə


xribat t


ö


r


ə


dir”

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS TV-yə bildirib ki, ermənilərin milli ordumuzun üzbəüz mövqelərini atəşə tutduğu zaman Azərbaycan prezdenti İlham Əliyev ölkədə olmayıb.

“Cənab prezident qısamüddətli istirahətdə idi. Eyni zamanda Azərbaycanın müdafiə naziri Zakir Həsənov da vətəndə deyildi” – söyləyən cənab Novruzov bildirib ki, belə olan halda ermənilər Azərbaycan Silahlı Qüvvələrinin üzərinə böhtan atır ki, guya diversiya qrupları Ermənistan silahlı qüvvələri olan tərəfə bir neçə dəfə soxulublar: “Axı bu, heç bir məntiqə uyğun deyil. Əgər belə olsaydı, mütləq bu proseslərin təşkili üçün ölkə rəhbərinin razılığı, Müdafiə Nazirliyinin təşkilatçlığı olardı. Amma onların heç biri Azərbaycanda olmayıb. Buna baxmayaraq, Ermənistan tərəfi hücum planını qurarkən rəhbərin ölkədə olmamasından istifadə edib”.

O hesab edir ki, Ermənistan tərəfi prezidentlərin görüşünün baş tutmaması üçün təxribat törədir.

Ana səhifəXəbərlər“Ermənistan hücum planını qurarkən rəhbərin ölkədə olmamasından istifadə edib”