Ermənistan hökuməti ”DQR-in tanınması” haqqında qanun layihəsini dəstəkləyib

Yaxın zamanda qanun layihəsi parlamentə təqdim olunacaq.

Source:
Ermənistan parlamenti
Ermənistan parlamenti
Ermənistan parlamenti
Ermənistan parlamenti

Ermənistan hökuməti “Dağlıq Qarabağ Respublikasının tanınması” haqqında qanun layihəsini dəstəkləyib.

Bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Qanun layihəsi cümə axşamı Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan tərəfindən hökümətinin iclasına təqdim olunub.

Yaxın zamanda qanun layihəsi parlamentə təqdim olunacaq.

Mayın 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə münasibət bildirib. N.Məmmədov bildirib ki, bu, Ermənistan rəhbərliyinin növbəti təxribatıdır: “Görünür, aprelin əvvəllərində həyata keçirilən təxribatın davamıdır. Onlara cavab veriləcəyini bilirdilər. Əsas məqsədləri də bunu bəhanə edərək danışıqlar prosesini pozmaq, status-kvonu saxlamaq imiş. Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də danışıqlar prosesi heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, həmsədrlər bu məsələyə mütləq münasibət bildirməlidirlər”.

***


Qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qanun layihəsi mayın 10-da Ermənistan parlamentinin növbədənkənar iclasında müzakirə olunacaq.

Həmin qanun layihəsinin müəllifləri müxalifətçi deputatlar Zarui Postancyanla Qrant Baqratyandır. (news.am)

Dağlıq Qarabağ indiyədək heç bir ölkə tərəfindən tanınmayıb və beynəlxalq aləm onu qanuni Azərbaycan ərazisi hesab edir.

Ana səhifəXəbərlərErmənistan hökuməti ”DQR-in tanınması” haqqında qanun layihəsini dəstəkləyib