”Ermənistan əsgərin cəsədinin qaytarılmasını ləngidir”

Beynəlxalq təşkilatların müraciəti cavabsız qalıb

Source:
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası


Beynəlxalq təşkilatların müraciəti cavabsız qalıb

Əsgər Çingiz Salman oğlu Qurbanovun nəşinin geri qaytarılması məqsədilə beynəlxalq təşkilatların etdiyi müraciətlərə Ermənistanın rəsmi orqanları cavab verməkdən imtina edir.

Bunu APA-ya Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər.

Məlumatda deyilir ki, Ermənistan müxtəlif bəhanələrlə meyitin geri qaytarılması ilə bağlı prosedurun başlanmasını ləngidir.

Komitədən bildirilib ki, Ermənistanın bu hərəkətinə hələlik heç bir təsir göstərə bilmirlər və beynəlxalq qurumlarla birlikdə bu istiqamətdə tədbirlər davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Ana səhifəXəbərlər”Ermənistan əsgərin cəsədinin qaytarılmasını ləngidir”