Ermənistan Azərbaycanla danışıqları bərpa etmək istəyir

Nikol Paşinyan: “Bizim əraziləri istila etmək kimi niyyətimiz yoxdur, niyyətimz suverenliyi və ərazi bütövlüyünü qorumaqdır”

Foto: Meydan TV



Nikol Paşinyan:



“Bizim əraziləri istila etmək kimi niyyətimiz yoxdur, niyyətimz suverenliyi və ərazi bütövlüyünü qorumaqdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ üzrə danışıqlar və regional problemlərin nizamlanması üçün Azərbaycanın prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bəyan edib.

O, avqustun 12-də hökumət iclasında

bəyan edib ki

, Ermənistan Azərbaycanla Qarabağ probleminin həll olunması üzrə danışıqları bərpa etməyə hazırdır və ATƏT-in Minsk qrupundan konkret təkliflər gözləyir.

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqları bərpa etmək çağırışına qayıdaraq qeyd etmək istəyirəm ki, Ermənistan danışıqlarda yüksək, həm də ən yüksək səviyyədə iştirak etməyə hazırdır, biz konkret təkliflər gözləyirik”, – o bəyan edib.

Paşinyanın dediyinə görə, “düşmənçiliyi üstün gəlmək Ermənistanın regional gündəliyinin açar komponenti ola bilər və olmalıdır”.

“Qonşu ölkələr arasında münasibətlərin dərinləşməsi və normallaşması hökumət siyasətinin vacib istiqamətidir. Təəssüf ki, bəzi qüvvələr Ermənistanın niyyətini təhrif edir. Onların söylədiyinə görə, Ermənistan qonşu ölkələrə aqressiv siyasət yürütməsi məqsədilə silahlı qüvvələrin islahatını elan edib. Ermənistan SQ-i aqressiya üçün deyil, aqressiyadan müdafiə məqsədilə inkişaf edir”, – o əlavə edib.

“Bizim əraziləri istila etmək kimi niyyətimiz yoxdur, niyyətimz suverenliyi və ərazi bütövlüyünü qorumaqdır. Aqressiv niyyətimiz yoxdur. Regionda sülh və əmin-amanlıq uzun müddətə hesablanmış strategiyamızdır. Biz beynəlxalq partnyorlarımızın dəstəyi, zərurət yarandıqda isə birbaşa fəal dialoqlara başlamağa hazırıq”, – Ermənistanın Baş naziri bəyan edib.

Paşinyanın xəbər verdiyi kimi, Yerevan regional kommunikasiyaların açılması üzrə Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinlərinin üçtərəfli komissiyasının fəaliyyətini bərpa etməyə hazırdır.

“Zənnimcə, regional kommunikasiyaların açılması məsələsini tez həll etmək olar. Biz tez bir zamanda baş nazir müavinlərinin regional kommunikasiyaların açılmasına dair komissiyasının işini bərpa etməli, regionun yeni iqtisadi və kommunikasiya imkanlarının reallaşması nöqteyi-nəzərindən daha fəal olmalıyıq”, – o bəyan edib.

Ana səhifəSiyasətErmənistan Azərbaycanla danışıqları bərpa etmək istəyir