Ermənistan Avropa Oyunlarına 25 idmançı göndərəcək

“Maliyyə və təşkilati məsələlərlə bağlı problem yoxdur, bütün bu məsələlər Ermənistan MOK prezidenti Qagik Tsarukyan tərəfindən həll edilib”

Source:


“Maliyyə və təşkilati məsələlərlə bağlı problem yoxdur, bütün bu məsələlər Ermənistan MOK prezidenti Qagik Tsarukyan tərəfindən həll edilib”

Bakıda keçiriləcək Avropa Oyunlarında Ermənistanın nümayəndə heyəti 25 idmançıdan ibarət olacaq. Bu barədə mayın 26-da Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Raçya Rostomyan jurnalistlərə bildirib.

20 idman növü üzrə 253 dəst medalın qazanılması üzrə yarışlarda 6 min idmançının iştirakı gözlənilir.

Rostomyan bildirib ki, Yunan-Roma güləşi, taekvondo, sambo, cüdo, boks və atıcılıq üzrə medallara iddia edən Ermənistan idmançılarının birinci qrupu iyunun 10-da Azərbaycana gələcək.

Onun sözlərinə görə, erməni idmançıların təhlükəsizliyi, maliyyə və təşkilati məsələlərlə bağlı problem yoxdur, bütün bu məsələlər Ermənistan MOK prezidenti Qagik Tsarukyan tərəfindən həll edilib. Bununla belə, Rostomyan jurnalistləri və həmvətənlərini erməni idmançıların psixoloji vəziyyətindən narahat olmamağa çağırıb, onlara yalnız azarkeşlərin dəstəyi lazım olacaq.

Ana səhifəXəbərlərErmənistan Avropa Oyunlarına 25 idmançı göndərəcək