Və ya azərbaycanlıların içməli suyu Ermənistan meşələrindən gəlir
Sadaxli kəndinə gedən yol
“Burda heç kim ermənilərə qız alıb-verməyib. Sovetin vaxtından belə bir hadisə olmayıb. Hazırda sakinlər ondan narazılıq edir ki, heyvanlarını otara bilmirlər. Görünən meşəliklər ermənilərin torpağıdı, onlar da təbii olaraq bizi qoymur. Qonşunun toyuğu mənim çəpərimə girəndə görürsən deyirik -niyə girdi? Bu da elə məsələdir. Ermənilər deyir, -bura mənim yerimdir ”.
Ermənistanla sərhəd məntəqəsi
Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndi… O kənd ki, Ermənistanla sərhəddə yerləşir və burada yaşayan azərbaycanlıları ermənilərin yaşadığı kəndlərdən bir bu kiçik sərhəd-buraxılış məntəqəsi, bir də görünən meşəliklər ayırır.
Sadaxlı kəndində bir gün
“Sərhəddi keçdin, sorğu-sual olunmur. Aparacaqlar polisə. Heç nə etmirlər, gərək burdan məlumat gedə sonra səni buraxalar- Dəyib dolaşan yoxdu. Toy edirik, onlar şadlıq evində edir, biz kəndimizdə. Hər kəs öz evində, öz toyunda, öz işindədir”, -deyir, Cəmilə Naibova…