Martın 10-da keçirilən toplantıda qərara alınıb ki, yarışa qatılıb-qatılmamağı hər bir idmançının özü müəyyənləşdirəcək
Ermənistanın Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak edəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Ermənistan Milli Olimpiya Komitəsi qəbul edib.
Martın 10-da keçirilən toplantıda qərara alınıb ki, yarışa qatılıb-qatılmamağı hər bir idmançının özü müəyyənləşdirəcək.
Avropa Oyunlarında 50 ölkənin iştirakı nəzərdə tutulub.