Erməni müxalifəti aksiya keçirərək xalqı Qarabağın müdafiəsinə qalxmağa çağırır

Yerevanın mərkəzində müxalifətin, xüsusilə “Ermənistan” və “Mənim şərəfim” bloklarının iştirakı ilə mitinq başlayıb. 

Mitinqə bir sıra siyasi qüvvələr, müxalif ictimai xadimlər qoşulub. 

Kütləvi aksiyanın təşəbbüskarları vətəndaşları, müxalifətçilərin fikrincə, ölümcül təhlükə altında olan Qarabağ və Ermənistanın müdafiəsinə qalxmağa çağırırlar.

Mitinqdə iştirak edən sabiq president “Mənim şərəfim var” blokunun lideri Serj Sarkisyan Ermənistanın sülh dilənən ölkəyə çevrildiyini deyib.

Paşinyanla Əliyev arasında aprelin 6-da Brüsseldə gözlənilən görüşündən danışan Serj Sarkisyan hər hansı sənədin imzalanmasının mümkünlüyünə şübhə etdiyini bildirib. 

“Sabah hansısa sənədin imzalanacağını düşünmürəm. Bu cür münaqişələr 30-40 ildən sonra həll edilə bilməz”- o deyib. 

Azərbaycan və Ermənistan liderləri aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə görüşəcək.

Ana səhifəVideoErməni müxalifəti aksiya keçirərək xalqı Qarabağın müdafiəsinə qalxmağa çağırır