Erməni kəşfiyyatçısına 18 il cəza istənildi

Müttəhimin vəkili Ramiz Abdullayev öz çıxışını hazırlamaq üçün məhkəmədən vaxt istəyib

Source:


Müttəhimin vəkili Ramiz Abdullayev öz çıxışını hazırlamaq üçün məhkəmədən vaxt istəyib

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə erməni hərbçi Arsen Bağdasaryanın işi üzrə növbəsi proses keçirilib. O, 2014-cü il dekabrın 26-da Ağdam istiqamətində cəbhə xəttini keçib.

Kəpəz TV-nin məlumatına görə, dövlət ittihamçısı A.Bağdasaryanın cəzasını ciddi rejimli koloniyada çəkməklə 18 il azadlıqdan məhrum edilməsini istəyib.

Müttəhimin vəkili Ramiz Abdullayev öz çıxışını hazırlamaq üçün məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə iclası mayın 4-də saat17:30-da olacaq.


* Arsen Bağdasaryan 2014-cü il dekabrın 26-da həbs olunub və təxribat qrupunun üzvü elan edilib. Ona qarşı bir neçə ittiham irəli sürülüb: qəsdən qətl törətməyə hazırlıq, təxribat törətmək və s.


Əvvəlki iclaslarda o, irəli sürülən ittihamları rədd etməyib.


Erməni tərəfi bildirib ki, A.Bağdasaryan fəraridir və Azərbaycan tərəfinə könüllü keçib.

Ana səhifəXəbərlərErməni kəşfiyyatçısına 18 il cəza istənildi