Erməni girovluğunda olan Şahbaz Quliyev ailəsinə məktub göndərib

“Ən çox anamdan və qızımdan narahatam”

Source:


“Ən çox anamdan və qızımdan narahatam”

Ötən il ermənilər tərəfindən işğal edilən Azərbayacanın Kəlbəcər rayonuna getdikləri üçün girov götürülən Şahbaz Quliyevdən xəbər var. O, ailəsinə məktub göndərib. Bunu ANS PRESS-ə Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib. Qadının sözlərinə görə, qardaşı məktubunda vəziyyətinin yaxşı olduğunu yazıb. “Salam. Mən yaxşıyam. Ən çox anamdan və qızımdan narahatam”, deyə o məktubunda qeyd edib.

Şahbazın qızı Elza beşinci sinifdə təhsil alır. Onun əsas narahatlığı isə qızının rəsm və piano dərslərinə olan xərclərinin necə ödənilməsi ilə bağlıdır.

İ.Quliyeva girovlar barədə hər hansı beynəlxalq quruma müraciət edilməsi barədə onlara heç nə deyilmədiyini qeyd edib. “Qardaşım barədə məlumatları ancaq xəbərlərdən izləyirəm.”

İyun ayında Kəlbəcərli girovlar Dilqəm Əsgərovdan və Şahbaz Quliyevdən qohumlarının aldıqları məkdubda bəzi sətirlərin pozulduğu barədə xəbərlər yayılmışdı.

İradə Quliyeva hazırda aldığı məktubda belə halın olmadığını və yazılan bütün sətirlərin aydın formada oxuya bildiyini deyib.

D.Əsgərovun ailəsindən isə hələlik məktubun onlara çatdırılmadığını deyiblər.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər. Görüş noyabrın 5-də olub.

Ana səhifəXəbərlərErməni girovluğunda olan Şahbaz Quliyev ailəsinə məktub göndərib