Erməni deputat: ”Dağlıq Qarabağ mövzusunu müzakirəyə çıxarmayaq”

Rafael Cəbrayılov: ”Erməni deputatların başına ”araq butulkası” çırpılsaydı, ürəyimdən tikan çıxardı”

Source:
Armen Aşotyan
Armen Aşotyan


Rafael Cəbrayılov: ”Erməni deputatların başına ”araq butulkası” çırpılsaydı, ürəyimdən tikan çıxardı”

“Çox sağ olun ki, bizi dəvət etmisiniz. Burada olmağımız şansdır. Ancaq Dağlıq Qarabağ mövzusunu müzakirəyə çıxarmayaq”.

Meydan TV-nin məlumatına görə, bunu sentyabrın 22-də Milli Məclisdə keçirilən konfransda Ermənistan parlamentinin Avronest Parlament Assambleyasındakı nümayəndəsi Armen Aşotyan deyib.

Deputat tədbirdə antierməni təbliğatı aparıldığını iddia edib:

“Avronest PA Ermənistan üçün çox vacibdir”.

Tədbirdə iştirak edən Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda xalqlar arası dözümsüzlüyə dövlət səviyyəsində yol verilmədiyini söyləyib:

“Azərbaycan məktəblərində erməni xalqına nifaq və dözümsüzlük təbliğ edilmir. Biz Azərbaycan torpaqlarının işğalı faktından danışırıqsa, problemin kökünü başa düşməliyik. İnsanlar bütün tarixi həqiqətləri bilməlidirlər”.

Daha sonra Armen Aşotyan Bakı xatirələrindən danışıb. Anasının bakılı olduğunu, sonuncu dəfə bura 1988-ci ildə gəldiyini söyləyib:

“O zaman mənim 13 yaşım vardı. Bu, Qarabağ münaqişəsinin başlamasından az əvvəl idi. Anam bakılıdır. Odur ki, şəhəri bir az tanıyıram. Uşaq vaxtı tətillərimi burada keçirirdim. Bakıda evimiz də var idi”.

Buna görə deputat konfransın Bakıda keçirilməsini istəyən azərbaycanlı həmkarlarına təşəkkür də edib:

“Azərbaycana gəlmək üçün başqa şans tapmaq çətindir. Azərbaycanlılar üçün Ermənistana gəlməyin çətin olduğu kimi”.

Ermənistanlı deputatların Bakıdan fotolar çəkib paylaşması Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılovun xoşuna gəlməyib. O, xn--lk-eka63l.Az”-a açıqlamasında bunun növbəti erməni təxribatı olduğunu söyləyib:

Rəfael Cəbrayılov

“Mən bunu erməni deputatların “Don Kixot”-luğu sayıram. Onların içki içib, foto paylaşmağından aydın görünür ki, bunu azərbaycanlıları qıcıqlandırmaq üçün edirlər. İstəyirlər qıcıqlanan insanlar onlara nə isə etsin. Ermənilər də dərhal bunu dünyaya yayaraq, özlərini “məzlum” kimi göstərsinlər”.

Deputat deyib ki, həmin foto restoranda deyil, otel otağında çəkilib:

“Düşünürəm ki, foto qəsdən yaxın planda çəkilib. İnsanların onun Azərbaycanda hansısa restoranda çəkildiyini güman etmələrini istəyirlər. Həqiqətdə isə foto restoranda deyil, qaldıqları otelin otağında çəkilib. Əgər erməni deputatlar restoranda yeyib-içib keflənib, nəlayiq, artıq-əksik hərəkət etsəydilər, hər hansı azərbaycanlının həmin “araq butulkası”nı onların başına çırpması ürəyimdən tikan çıxarardı. Amma soyuq ağılla düşünəndə, bu, çıxış yolu deyil”.

Ermənistan parlamentinin deputatları Bakıda
Ermənistan parlamentinin deputatları Bakıda
Ana səhifəXəbərlərErməni deputat: ”Dağlıq Qarabağ mövzusunu müzakirəyə çıxarmayaq”