Azərbaycan tərəfdə itkin düşdüyü bildirilən Ermənistan vətəndaşları tapılıb (Yenilənib)

Karen Canqiryan və Andrey Qyaqunts, foto: Kənd icmasının facebook səhifəsi

“Karen Canqiryan və Andrey Qyaqunts Teğ icmasındadırlar, sağlamlıq durumları yaxşıdır”


Sünik vilayətinin Teğ icmasının itkin düşmüş iki yeniyetmə sakini tapılıb, onlar hazırda Ermənistandadırlar. Bu barədə Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Tex (Dığ) icma rəhbərliyi sosial şəbəkələrdə hər iki gəncin fotosunu paylaşıb:

“Karen Canqiryan və Andrey Qyaqunts Teğ icmasındadırlar, sağlamlıq durumları yaxşıdır”.

Azərbaycanın hökumətyönümlü mediası isə, yeniyetmələrin Azərbaycan tərəfindən geriyə verildiyini bildirir. Lakin bununla bağlı rəsmi məlumat yoxdur.


***

Azərbaycan MN: Yayılan məlumatlar araşdırılır

Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti “News.am”a məlumat verib.

“Tex kəndinin sakinləri Karen Armenoviç Canqiryan (27.06.2007) və Andrey Armenoviç Qyaqunts (13.01.2008) 2025-ci il iyunun 6-da təxminən saat 01:20 radələrində Sünikin Aravus kəndi ilə həmsərhəd ərazidə azaraq Azərbaycanın ərazisinə keçiblər”, – məlumatda qeyd edilir.

Həmçinin əlavə olunub ki, vətəndaşların yerinin müəyyən edilməsi və onların təhlükəsiz şəkildə geri qaytarılması üçün tədbirlər görülür.

 Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan tərəfindən iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçməsi barədə yayılan məlumatlar araşdırılır.

Ana səhifəXəbərlərAzərbaycan tərəfdə itkin düşdüyü bildirilən Ermənistan vətəndaşları tapılıb (Yenilənib)