Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumat yayıb.
Ermənistanla Azərbaycan arasında münaqişə hələ 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi olub. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.
Məlumata görə, səfərin məqsədi sentyabrın 19-dan 21-dək Bakıda keçiriləcək 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak etməkdir.
Səfərin gündəliyi ilə bağlı başqa təfərrüatlar açıqlanmayıb.