Erkin Qədirlinin Xocalı barədə fikirləri

Xocalı’ya ədalətdən çox, qisas lazımdır!

Source:



REAL vətəndaş hərəkatının həmsədri, tanınmış siyasətçi Erkin Qədirlinin Xocalı barədə yazdığı statusları cəmiyyət arasında ciddi rezonansa səbəb oldu. Meydan TV olaraq bu mövzunu biz də öz auditoriyamıza çatdırmaq istədik. Erkin bəyin razılığı ilə həmin statusları diqqətinizə çatdırırıq.


26.02.2014

Xocalı’ya ədalətdən çox, qisas lazımdır! Bu cinyayətin əsas iştirakçıları – Robert Koçaryan, Seyran Ohanyan və Serj Sarqsyan – öldürülməlidir. Bu işi xüsusi xidmət oqranlarımız çoxdan etməliydilər. Texniki baxımdan mümkündür. Görüntülü qisasa ehtiyac yoxdur. Məsələn, yeməklərinə zəhər qatılırsa, yetər. Sonra bunu dana, lap baş sağlığı da verə bilərik. Uzaqbaşı, “radikal müxalifət”, “xalq qisasçıları”, nə bilim daha kimdirsə, (yoxdursa, uydurarıq) üstünə atıb, görkəzmə məhkəmə qura bilərik (məhkumlara içəridə xüsusi qayğı, sonradan isə amnistiya). Hətta ermənilərin və ya üçüncü tərəfin əliylə də bunu etmək olardı. Təki onların təbii ölümlə həyatdan getmədiklərinə əmin olaq.


27.02.2014

Dünənki statusuma yazılan şərhləri və “cavab statusları” oxudum. Diqqətimi çəkən və yadımda qalan iradlara cavabım:

1. Erkin Qədirli hüquqşünasdır, hüquqşünas belə şeylər yazmaz.

Dünənki statusumun pozitiv hüquqla heç bir əlaqəsi yoxdur. Mənə beynəlxalq müqavilələri və dövlətdaxili qanunları xatırlatmağınızın yeri yoxdur. Dünənki statusu hüquqşünas kimi deyil, siyasətçi kimi yazmışam.

2. Erkin Qədirli siyasətçidir, siyasətçi belə şeyləri dilə gətirməməlidir.

Bu iradın iki tərəfi var. Biriləri bu iradı, statusumdakı fikirləri bəyənərək yazıblar, sadəcə belə şeyləri açıq ifadə etməyi doğru saymayıblar. Yəni, “et, amma danışma” yanaşması. Bu iradla əsasən razıyam və normalda çoxdan içimdə gəzdirdiyim bu fikirləri (yaxın dostlarım bilir) başqa halda yazmazdım. Amma, dünən, Xocalı qətliyamının ildönümündə, yenidən “ağlaşma” sayağıı paylaşmalar məni çox qəzəbləndirdi. Nə qədər ağlaşmaq olar? Ümumiyyətlə, hər şeylə yanaşı, cəmiyyətimizdə, xüsusilə gənclərimizdə, iki yanlış meyl var: ağlaşmaq (bəlli günlərdə) və mırtaşmaq (bütün digər günlərdə). İkisi də zəiflikdəndir. Mən ayılmağı və güclənməyi təklif edirəm. Qürursuz millətin quruculuğu da olasdı deyil.

Başqaları bu iradı aydın mənfi mənada ifadə ediblər. Onlara görə, siyasətçi ümumiyyətlə dünənki statusumda yazılan fikirləri ağlına gətirməməlidir. Ağıl – alətdir. Onun heç bir mənəvi cəhəti yoxdur. Şəraitə və vəziyyətə uyğun tətbiq (istifadə) olunur. Mənim ağlım mənə deyir ki, Xocalı qətliyyamını törədənlərə dözümlü yanaşmaq olmaz! Cinayətkarlar cavabını almalıdır, millətin qüruru özünə qayıtmalıdır.

3. Erkin Qədirli liberaldır, liberal kimi də bilməlidir ki, cinayətkarlar ancaq məhkəmədə, qanunuyğun şəkildə cəzalandırılmalıdır.

Liberal olmadığımı deməkdən yoruldum! Diqqətli olun, dostlar. Mən liberal deyiləm. Amma, olsaydım da, bu şərtlər altında dünənki fikirlərimdə qalardım. Bəli, liberalizmin əsas dəyəri azadlıqdır. Amma liberalizm azadlığı maymaqlıqla qarışdırmır. Əslində, yalnız güclü dövlətlər liberal ola bilirlər, çünki hər cür təcavüzə daha böyük güclə cavab verə bilirlər. Üstəlik, liberalizm ancaq daxili siyasətdə mümkündür. Liberalizm beynəlmilləl deyil. Yalnız sosialistlər internasional ola bilirlər.

Mən öz vətəndaşlarımızın azadlığı uğrunda çalışıram, bütün Dünya xalqlarının azadlığı kimi dərdim yoxdur. “Vətəndaşlarımızın azadlığı” deyərkən, həm də onların vətənlərinə qayıtmaq, orada təhlükəsiz yaşamaq azadlığını deyirəm. Onların vətənlərində təhlükəsiz yaşamaları üçün, gerçək və ehtimal olunan təcavüzkar bilməlidir ki, onun təcavüzünə güclə cavab veriləcək. Təcavüzün qarşısını almaq üçün, təcavüzün çox bahaya oturacağını hər kəsə göstərmək lazımdır. Bizim vətəndaşlara qarşı zorakılıq cavabsız qalmamlıdır.

Məhkəməyə gəlincə. Hanı o məhkəmə? Ay, mənim liberal dostlarım, sizin güvəndiyiniz liberal dövlətlər bizim məhkəmədə hansı buna bənzər prosesi legitim sayasıdır? Məhkəmə var bizdə? Biraz praktik düşününü, xahiş edirəm. Bir hay-haray qopasıdır ki, biz Xocalı qatillərini məhkəməmizə gətirsək. Ən yaxşı halda bizə deyəcəklər ki, verin onları başqa dövlətdə mühakimə edək. Sonra, və yenə də ən yaxşı halda, Xocalı qatillərinə Breyvikə verilən şərait verəcəklər. Adamlar da oturacaqlar lüks kamerada və internetə girib sizi lağa qoyacaqlar. Bunun harası “Xocalıya ədalətdir”? Çox kobud gerçəkliyi (çox şeyi heç burada yazmıram, qısa olsun deyə) nəzərə alaraq, sırf partiki baxımdan, inanıram ki, dünən adlarını çəkdiyim üç Xocalı qatili öldürülməlidir (haqlı qisas).

4. Erkin Qədirli müəllimdir (ziyalıdır), müəllim (ziyalı) belə şeyləri özünə yaraşdırmaz.

“Ziyalı” sözünü özümə şərti tərif kimi qəbul edirəm, çox sağ olun. Amma, dostlar, siz yenə də məsələləri qarışdırısınız. Mənim üçün müəllim – funksiyadır, titul deyil. Mən, funksiya olaraq, heç zaman dünənki fikrilərimi müəllim kimi demərəm. Müəllim kimi mühazirələrimdə dediklərim hər sözün arxasındayam, dəyərlərimdən də imtina etməmişəm. Bəli, müəllim uca olmalı, göyləri göstərməli, zirvələrə çağırmalıdır. Müəllim idealları göstərməlidir. Amma mən dünənki statusu müəllim kimi yazmamışam.

Haşiyə örnək: Maşın sürən müəllim,müəllim deyil, sürücüdür! Sükan arxasında müəllimliyin yeri yoxdur, yoldakı vəziyyətə görə davranmalısan.

Siyasətçi cəmiyyətdə olan üstün gözləntilərə nəzərə almalıdır. Demirəm, onlara mütləq və birmənalı tabe olmalıdır. Amma, görməzdən gəlməyə haqqı yoxdur. Yüz minlərlə vətəndaşı didiərgin düşən, minlərlə kvadrat kilometrəlik ərazisi işğal olunan ölkənin siyasəçisi “doktinör ziyalılıq”, “kabinet moralist”lik etməklə vətəninə heç bir xeyir verəsi deyil. Bəli, çətindir. Özümdən heç xoşlanmıram. Amma kimsə bunu nə zamansa etməlidir. Kimsə etsəydi, bəlkə mən heç siyasətə gəlməzdim, müəllimliyimə davam edərdim. Heç kəsin bunu etmədiyi görəndə, zəruri çirkaba girməli olursan. Unutmayın, çirkabı çirklənmədən təmizləmək olmur. Yetər ki, çirklənməyin nəticəsində başqalarını təmizliyə çıxara biləsən.

5. Erkin Qədirli’ni humanist bilirdik, adamsa qəddarmış.

Məzələnirsiniz? Nə humanizm? Humanizm – fəlsəfi cərəyandır, siyasi ideologiya və siyasi məsələlərə yanaşma tərzi deyil. Mənə bədii ədəbiyyat oxumağı məsləhət görənlərdən diqqətli olmalarını xahiş edirəm. Mən, liberal olmadığım kimi, humanist də deyiləm. Bəli, yumşaq, üzüyola, nəzakətli adamam. Amma, maymaq və ya qorxaq deyiləm. Mənim də həddlərim var. Məişətdə çox şeydən keçə, çox şeyi güzəştə gedə bilərəm, amma siyasi prinsiplərimdə möhkəməm. Gərəkirsə, haqlı qısas uğrunda üzərimə cinayət məsuliyyətini də açıq götürə, cəzamı da çəkə bilərəm. Bunu başqaları üçün örnək və ya cəmiyyət üçün doğru yol hesab etmirəm. Sadəcə, özüm haqqımda yanlış gözləntilərin yaranmamsı üçün aydınlıq gətirirəm.

6. Erkin Qədirli populistdir, xal qazanmaq istəyir.

Bir çox başqa mənalar olduğu kimi, populizmin də tarixi mənası ifrata uğrayıb. Sizi keçmişə, populizmin yarandığı və yaxşı hesab olunan dövrə, Qədim Roma’ya dəvət edirəm (xəyali oraya gedin). Orada populist – plebeylərin səsini qazanmaq istəyin patrisilərə deyirdilər. Plebeylərin səsini qazanmaq istəyən partisi, yaşadığı evin qapısını qıfıllamamalı, divarında yazılan söyüşləri silməməli, küçədə gedərkən ünvanına söylənilən təhqirlərə cavab verməməliydi. Yalnız bu sınaqdan sona qədər keçə bilən partisi plebeylərin səsini qazana bilirdi (digər, sırf siyasi şərtlərlə yanaşı, təbii ki). Mən partisi deyiləm, seçicilərimi də plebey hesab etmirəm. Təkəbbürüm və ya başqalarına yuxarıdan baxmaq kompleksim də yoxdur. Amma, bir çoxlarından çox şeyi daha yaxşı bildiyimə və anladığıma haqlı iddia etməyə əsaslarım var. İndi mənim söyülən vaxtımdır. Çox çətindir. Heç zaman özümə belə şeyi arzulamazdım. Bununla belə, dözümlü olmağa çalışıram. Bu mənada populistəm, bəli (Roma’da olan mənaya yaxın).

7. Erkin Qədirli terrorçuluğu təşviq edir.

Bu irada cavab kimi, Cinayət Məcəlləsinin 214-cü maddəsinin birinci hissəsini olduğu kimə buraya köçürürəm:

“Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə”

Dünən yazdığım statusda heç bir terroçuluq əlaməti yoxdur.

8. Qərb bizə nə deyər?

Qərb, tarixən, həmişə özünə hörmət edən güclə hesablaşıb. Güclü və qürurlu olmasaq, hamıdan birinci hamıdan çox bizi minən elə Qərb olacaq. Demokratiya – güclü olmağın yollarından biridir. Mən demokratiya yolunu, ona dəyər verdiyim üçün deyil, onun uğurlu olduğunu gördüyüm üçün seçmişəm. Mən demokrat deyiləm, amma demokratiya uğrunda çalışıram. Amma, azadlıqla olduğu kimi, demokratiya da maymaqlıq anlamına gəlməmilidir.

Ana səhifəMənim FikrimcəErkin Qədirlinin Xocalı barədə fikirləri