Erkin Qədirlinin ölkədən çıxışına qadağa qoyulub

”Görünür bu qadağa ”Qanun” nəşriyyatından qanunsuz olaraq polis tərəfindən götürülmüş ReAl-ın flayerləriylə bağlıdır”

Source:


”Görünür bu qadağa ”Qanun” nəşriyyatından qanunsuz olaraq polis tərəfindən götürülmüş ReAl-ın flayerləriylə bağlıdır”

ReAL Hərəkatının Məclis üzvü, hüquqşünas Erkin Qədirlinin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə hüquqşünas öz Facebook səhifəsində məlumat yayıb:

“Bu səhər Türkiyəyə istirahətə gedəcəkdim. Hava limanında uçuşa qeydiyyatdan və sərhəd yoxlamasından keçmişdim, pasrpotuma çıxışa icazə verən möhür vurulmuşdu. Amma sərhədi keçdiyim an məni dayandırdılar. Dedilər ki, möhür yanlış vurulub, ölkədən çıxmağıma qadağa qoyulubmuş. Pasportumda çıxışa icazə verən möhürün üstündən “Ləğv olundu” vurdular və məni geri qaytardılar”.

Erkin Qədirli qadağanın kimin tərəfindən və nəyə görə qoyulduğunu öyrənə bilməyib:2Bilmədiklərini dedilər. Kredit borcum, ödənilməsi üçün nəzərdə tutulmuş qanuni müddətin buraxıldığı cəriməm, vergi orqanlarıyla problemim, məhkumluğum yoxdur, heç bir istintaqa cəlb olunmamışam, məndən iltizam da alınmayıb. Sərhədçilərdən biri, qadağanın “mənim xariclə əlaqələrimə görə” kimi ifadə etdiyi ümumi və heç bir anlam daşımayan gumanı söylədi”.

ReAL-çı hesab edir ki, bu qadağa “Qanun” nəşriyyatından qanunsuz olaraq polis tərəfindən götürülmüş ReAl-ın flayerləriylə bağlıdır:“Sifariş müqaviləsini imzalayanlardan biri mən olmuşam. Həmin flayerlərlə bağlı bizi polisə də çağırmışdılar. İndi məlum oldu ki, ölkədən getmək qadağası da qoyulubmuş. AZAL-ın hava limanındakı ofisi bileti geri götürməkdən imtina etdi. Gərək indi bunlara görə məhkəməyə şikayət edim”.

Ana səhifəXəbərlərErkin Qədirlinin ölkədən çıxışına qadağa qoyulub