Erkin Qədirli: Rusiya bizim Günəşimizdir

Yupiter (ABŞ) olmazsa, Günəş bizi məhv edərdi

Source:


Yupiter (ABŞ) olmazsa, Günəş bizi məhv edərdi



Meydan TV ReAL İdarə Heyətinin üzvü Erkin Qədirlinin Facebook səhifəsində Azərbaycanın Rusiya və ABŞ-la münasibətlərindən bəhs olunan olunan məqaləsini oxucularına təqdim edir.

Məni bəzən anti-Rusiya, ya da pro-Amerikan hesab edirlər. Belə hesab edənlərin niyyətini mübahisələndirmək fikrim yoxdur. Aralarında səmimi yanılanlar da var. Sözümün canı bu deyil. Rusiyanın bizim üçün önəmi haqqında bir gün geniş yazacağam. Hələliksə, bunu yazım.

Siyasi (sosial) hadisələrə anlam vermək üçün təbiət hadisələrindən istifadə etməyin heç bir elmi dayağı yoxdur. Burası aydındır. Bununla belə, siyasətdə (elə elmdə də) məcazların öz yeri var.

Azərbaycan, ən azından coğrafi olaraq, Rusiyanın orbitindədir və nə qədər ki, Rusiya var, ölkəmiz onun orbitində olacaq. “Orbit” sözündən istifadə etdimsə, məcazı böyüdüm. Rusiya bizim Günəşimizdir. Rusiya bizə (mədəni məcaz olaraq) işiq verib və verməkdə davam edir (ən azı dünyəviliyimizi qorumaq üçün Rusiyadan uzaqlaşmamalıyıq). İşıq həm də istilikdir (enerjidir). Rusiyanın böyüklüyü və yaxınlığı bizim üçün qırılmaz cazibə qüvvəsidir. İstəsək də, Rusiyanın orbitindən çıxa bilmərik. Amma!

Günəş Sistemində Yupiter planeti var. Yupiter bu sistemin ən böyük (çəkisinə və cazibə gücünə görə) planetidir. Yupiter bizdən çox uzaqdadır (təxminən 780,000,000 km) – Yerdən Günəş’ə olan məsafədən 5 dəfədən də artıq bir yol). Yer planetinin mövcudluğu və burada həyatın varlığı üçün Yupiter’in rolu böyükdür. Çox uzaqda olmasına baxmayaraq, Yupiter, özünün böyük cazibə gücü hesabına, bizim planeti Günəş’dən daim eyni (təhlükəsiz) məsafədə qalmasına xidmət edir (Yer’i sabit orbitdə saxlayır). Yupiter olmasaydı, ya da onun cazibə qüvvəsi indikindən zəif olsaydı, Günəş Yeri özünə çəkər və bəlli bir yaxınlaşmadan sonra məhv edərdi (əridərdi).

Rusiya bizim üçün Günəşdirsə, ABŞ – Yupiterdir. ABŞ uzaqdadır, amma onun çox böyük cazibə qüvvəsi var. ABŞ olmasa və ya zəifləsə, Rusiya bizi içinə alar və əridər. Odur ki, müstəqilliyimizi qorumaq və saxlamaq üçün biz mütləq ABŞ-la yaxınlıq etməyə çalışmalıyıq. Onsuz da ABŞ-a çox yaxın ola bilməyəcəyik, çünki Rusiyanın cazibə qüvvəsi bizi buraxmayacaq. Amma ABŞ-la münasibətləri pozmaq – ölkəmizin müstəqilliyi üçün əlavə və böyük təhlükələr yaratmaq deməkdir.

Ana səhifəXəbərlərErkin Qədirli: Rusiya bizim Günəşimizdir