ReAl-dan getmirəm, siyasətdən uzaqlaşmıram
ReAL İdarə Heyətinin üzvü Erkin Qədirli oktyabrın 14-də seçki yarışından imtina etsə də, addımı barədə geniş açıqlama verməyib. Yalnız Facebook səhifəsində qısa münasibətini yayıb. Meydan TV Erkin Qədirli ilə əlaqə saxlamağa cəhd etsə də, alınmayıb.
Ona görə ReAL üzvünün Facebook səhifəsində yazdığını dərc edir.
O, öz təşəbbüsüylə seçki yarışından imtina etdiyini və heç bir təzyiq olmadığını bildirib: “Əvəzində heç nə təklif olunmayıb. ReAl-dan getmirəm, siyasətdən uzaqlaşmıram, boykotu indi də yanlış sayıram, seçkidə iştirak vacibdir və ReAl-ın başqa namizədlərinə yardım etməyə çalışacağam”,-deyə Qədirli qeyd edib.