Erkin Qədirli AŞPA-da Navalnını dəstəkləyib

Sənəd aprelin 20-da assambleyanın plenar iclasında səsverməyə çıxarılıb.

Source: Meydan TV


O, rusiyalı müxalifətçiyə dəstək qətnaməsinə səs verib

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, ReAl Partiyasından olan deputat Erkin Qədirli Aleksey Navalnıya dəstək qətnaməsinin lehinə səs verib.

Bu barədə ReAl Partiyası məlumat yayıb.

Bildirilir ki, səsvermə aprelin 19-da Avropa Şurası Parlament Assambleyasının Hüquq Komitəsinin iclasında rusiyalı müxalifətçi Aleksey Navalnı ilə bağlı məsələnin müzakirəsi zamanı keçirilib.

Sənəd aprelin 20-da assambleyanın plenar iclasında səsverməyə çıxarılıb.

Qətnamədə Rusiya hakimiyyətinə Aleksey Navalnını azad etmək, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin onun barəsindəki hökmünü tam icra etmək tələbi yer alır.

Rusiyalı bloger Aleksey Navalnı 2021-ci ilin yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” hava limanında

saxlanılıb.

Bildirilib ki, ötən ilin dekabrın 29-da Aleksey Navalnı haqqında axtarış elan olunub.

Fevralın 21-də Moskva məhkəməsi onun “Yves Rocher” işi üzrə şərti cəzasını ləğv edib və 3,5 illik azadlıqdan məhrumetmə cəzası ilə əvəzləyib.

2020-ci ilin avqustunda Tomskdan Moskvaya uçarkən hava limanında zəhərlənən Rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyaya aparılıb.

Ana səhifəSiyasətErkin Qədirli AŞPA-da Navalnını dəstəkləyib