Erkən nikah, selektiv abort, stereotiplər müzakirə ediləcək

Source:

Fevralın 18-də BMT-nin Qadınlara qarşı ayrı‐seçkiliyin bütün formalarının ləğvi komitəsinin (CEDAW) iclasında Azərbaycanda qadınların hüquqlarının təminatı məsələsinə baxılacaq. Tədbirdə Bakıdan nümayəndə heyəti də iştirak edəcək.

BMT Bakı nümayəndəliyinin məlumatında deyilir ki, iclasda  stereotiplər və erkən nikahın artmasına şərait yaradan patriarxal münasibətlərin aradan qaldırılması, traffikinq, selektiv abortlar, əmək məsələlərində gender hüquqlarının pozulması və s. müzakirə olunacaq.

Azərbaycan qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanı imzalayan 188 ölkədən biridir. Bununla əlaqədar ölkə BMT-nin 23 müstəqil ekspertdən ibarət Komitəsinə müntəzəm hesabatlar təqdim etməlidir.

Ana səhifəXəbərlərErkən nikah, selektiv abort, stereotiplər müzakirə ediləcək