İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli rayonunda

Mənbə: Azərtac

Başlıq: İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli rayonunda

Ərdoğan Şuşadadır (yenilənir)

Məqalə yeniləndi:  15 İyun 2021

16.50. İyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub.

Türkiyə dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Mərasimdə Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

***

15.04. İyunun 15-də Azərbaycanın Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.

Məlumatı "Azərtac" yayıb.

***

Prezidentlər Şuşada mətbuat konfransı keçirəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycana rəsmi səfərə gəlib.

Türkiyə Prezidentinin Şuşaya səfər proqramı açıqlanıb.

Bu barədə Azərbaycan Dövlət Televiziyası məlumat yayıb.

Bildirilir ki, Türkiyə Prezidenti R. T. Ərdoğan bu gün Şuşada Azərbaycan dövlət başçısı İlham Əliyevlə təkbətək görüşdən sonra sənədlərin imzalanma mərasimi olacaq.

İmzalanma mərasiminin ardınca dövlət başçıları birgə mətbuat konfransı keçirəcəklər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  15 İyun 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4kxhdx

Ən çox baxılan