Ərdoğan Şuşadadır (yenilənir)

İmzalanma mərasiminin ardınca dövlət başçıları birgə mətbuat konfransı keçirəcəklər.

Source: Specify Source


16.50.


İyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub.


Türkiyə dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Mərasimdə Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.


Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

***


15.04.


İyunun 15-də Azərbaycanın Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.


Məlumatı "Azərtac" yayıb.

***


Prezidentlər Şuşada mətbuat konfransı keçirəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycana rəsmi səfərə gəlib.

Türkiyə Prezidentinin Şuşaya səfər proqramı açıqlanıb.

Bu barədə Azərbaycan Dövlət Televiziyası məlumat yayıb.

Bildirilir ki, Türkiyə Prezidenti R. T. Ərdoğan bu gün Şuşada Azərbaycan dövlət başçısı İlham Əliyevlə təkbətək görüşdən sonra sənədlərin imzalanma mərasimi olacaq.

İmzalanma mərasiminin ardınca dövlət başçıları birgə mətbuat konfransı keçirəcəklər.

Ana səhifəSiyasətƏrdoğan Şuşadadır (yenilənir)