Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Mənbə: AA

Başlıq: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğana sui-qəsd planı hazırlayanlara yardım edən zabit saxlanılıb

15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd məqsədiylə Marmarisə gedən arama qurtarma (MAK) qrupuna silah verdiyi idda edilən sabiq zabit Abdulkadir Ö. Əskişəhərdə tutulub, - “Anadolu” agentliyi xəbər verir.

Xəbərə görə İzmir Respublika Baş Prokurorluğu Abdulkadir Ö.-nün MAK qrupuna silah verdiyi yönündə dəlillər əldə edilməsi üzərinə istintaq başladıb.

Vəzifəsindən xaric edilən sabiq zabit Abdulkadir Ö.-nün çevriliş əsnasında qulluq etdiyi Çiğli 2. Əsas Jet Baza Komandirliyinə aid 1 nömrəli silah-sursat anbarından Silahlı Qüvvələr Sursat Qaydalarına zidd olaraq MAK qrupuna silah verdiyi iddia edilir.

Şübhəlinin Əskişəhərdə olması iddiası üzərinə əməliyyata başlanıb. Əskişəhər Təhlükəsizlik və Terrorla Mübarizə Müdirliyi komandası tərəfindən həyata keçirilmiş əməliyyat zamanı şübhəli nəzarətə alınıb və İzmirə gətirilib.

Xəbərdə əlavə olaraq sabiq zabit Abdulkadir Ö.-nün çevriliş cəhdindən 15 gün öncə silah anbarında işə başladığı bildirilir.

Digər tərəfdən Konya Respublika Prokurorluğu tərəfindən Gülən təşkilatlanmasına qarşı başladılan istintaq çərçivəsində 53 nəfər nəzarətə alınıb.

Şübhəlilərin tutulması üçün Konya mərkəzli 28 şəhərdə eyni vaxtda əməliyyat başladılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7oulvu

Ən çox baxılan