15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd məqsədiylə Marmarisə gedən arama qurtarma (MAK) qrupuna silah verdiyi idda edilən sabiq zabit Abdulkadir Ö. Əskişəhərdə tutulub, – “Anadolu” agentliyi xəbər verir.
Xəbərə görə İzmir Respublika Baş Prokurorluğu Abdulkadir Ö.-nün MAK qrupuna silah verdiyi yönündə dəlillər əldə edilməsi üzərinə istintaq başladıb.
Vəzifəsindən xaric edilən sabiq zabit Abdulkadir Ö.-nün çevriliş əsnasında qulluq etdiyi Çiğli 2. Əsas Jet Baza Komandirliyinə aid 1 nömrəli silah-sursat anbarından Silahlı Qüvvələr Sursat Qaydalarına zidd olaraq MAK qrupuna silah verdiyi iddia edilir.
Şübhəlinin Əskişəhərdə olması iddiası üzərinə əməliyyata başlanıb. Əskişəhər Təhlükəsizlik və Terrorla Mübarizə Müdirliyi komandası tərəfindən həyata keçirilmiş əməliyyat zamanı şübhəli nəzarətə alınıb və İzmirə gətirilib.
Xəbərdə əlavə olaraq sabiq zabit Abdulkadir Ö.-nün çevriliş cəhdindən 15 gün öncə silah anbarında işə başladığı bildirilir.
Digər tərəfdən Konya Respublika Prokurorluğu tərəfindən Gülən təşkilatlanmasına qarşı başladılan istintaq çərçivəsində 53 nəfər nəzarətə alınıb.
Şübhəlilərin tutulması üçün Konya mərkəzli 28 şəhərdə eyni vaxtda əməliyyat başladılıb.