Ərdoğan və Putin

Mənbə: arxiv

Başlıq: Ərdoğan və Putin

Ərdoğan və Putin Azərbaycan-Ermənistan konfliktini müzakirə edib

“Bölgədə sabitlik üçün səyləri əlaqələndirməyə hazır olduğumuzu ifadə etdik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin iki həftə öncə Azərbaycan və Ermənistan arasında baş vermiş sərhəd toqquşması ilə bağlı müzakirələr aparıb, - “Reuters” xəbər verib.

“Bölgədə sabitlik üçün səyləri əlaqələndirməyə hazır olduğumuzu ifadə etdik”,- “Reuters” Kremlə istinadən bildirib.

Qarabağ Azərbaycan və Ermənistan arasında münaqişə ocağına çevrilib. Ermənistanın hərbi dəstəyi ilə Azərbaycanın Qarabağ ərazisi işğal olunub.

İyulun 12-də iki ölkə arasındakı sərhəddə tərəflər arasında toqquşma baş verib.

Moskva tərəflər arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirərək atəşkəsə çağırıb. Putin iki ölkə arasında baş vermiş qarşıdurmanı Moskva üçün “çox həssas məsələ” adlandırıb. Rusiya Müdafiə Nazirliyi sərhədə yaxın ərazidə hərbi təlimlər keçirəcəyini deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/qiom0w

Ən çox baxılan