Ərdoğan: Rusiya hansı anlayışla Qarabağda yer alırsa, Türkiyə də o anlayışla yer alacaq

“Danışıqlar gərək xarici işlər nazirlərimiz arasında aparılsın, eyni zamanda indi Rusiyadan bura bir heyət gəlir, burada da danışıqlar aparılacaq”.

Source: Анадолу


"Hazırda Rusiya orada bəlli nöqtələrə yerləşməyə başlayıb"

“Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, bizim müşahidə və monitorinq heyətlərimiz də orada eyni anlayışla yeri alacaq”.

Bu açıqlamanı noyabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə nəzarət mexanizmi ilə bağlı danışarkən

səsləndirib

.

Türkiyə Prezidenti bildirib ki, hazırda Rusiya orada bəlli nöqtələrə yerləşməyə başlayıb: “Danışıqlar gərək xarici işlər nazirlərimiz arasında aparılsın, eyni zamanda indi Rusiyadan bura bir heyət gəlir, burada da danışıqlar aparılacaq”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün fərqli mövqe

sərgiləmişdi

.

D.Peskov demişdi ki, Türkiyənin Qarabağda monitorinq mərkəzini yerləşdirəcəyi barədə bəyanatı Kremlin yanaşması ilə üst-üstə düşmür.

Ana səhifəSiyasətƏrdoğan: Rusiya hansı anlayışla Qarabağda yer alırsa, Türkiyə də o anlayışla yer alacaq