Açılan qutularda seçicilərin 54.79 faizi baş nazirə səs verib
Avqustun 10-da Türkiyə Cümhuriyyətinin 12-ci prezidentini müəyyənləşdirəcək seçki başa çatıb. Anadolu Agentliyinin məlumatına əsasən, seçkidə 165470 seçki qutusunda səs verilib, səsvermə hüququ olan 52 920 985 seçici iştirak edib, 77.08 faiz.
Saat 21.00-ə olan məlumata görə, 93 585, yaxud seçki qutularının 56.55 faizi açılıb. Açılan qutularda 22437626 seçicinin səsi var ki, onlardan 21940576 keçərli hesab olunub.
Agentlik xəbər verir ki, seçicilərin 54.79 faizi Rəcəb Tayyib Ərdoğana, 36.72 faizi müxalifətin vahid namizədi Əkmələddin İhsanoğluna, 8.49 faizi isə BDP-nin namizədi Səlahəddin Demirtaşa səs verib.
Türkiyədə ilk dəfə prezident ümumxalq səsverməsi ilə seçilir. Seçkilərdə namizəd kimi Rəcəb Tayyib Ərdoğan, Əkmələddin İhsanoğlu və Səlahəddin Demirtaş iştirak edirlər.
Artıq Türkiyə televiziyaları Rəcəb Tayyib Ərdoğanın evindən çıxaraq tərəfdarları ilə görüşünü və AKP-nin qələbə bayramını yayımlayırlar.