“Kürd YPG döyüşçüləri Suriyanın daxilində qurmaq istədiyi “təhlükəsiz bölgə” ni tərk etməlidir”
“Yüzlərlə kürd döyüşçüsü ABŞ-ın vasitəçilik etdiyi atəşkəs sazişinə baxmayaraq, hələ də Suriyanın şimal-şərq sərhəddində qalmaqdadır. Bu səbəbdən Türkiyə bölgədəki hərbi əməliyyatlarını davam etdirə bilər”, – “Reuters”in məlumatına görə, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan belə deyib.
Kürd YPG döyüşçülərinin sərhəd bölgəsindən çıxarılmasını təmin etməyi nəzərdə tutan beş günlük atəşkəs sazişi çərşənbə axşamı axşam saat 10-da başa çatır.
Rəsmi Ankara deyir ki, Türkiyənin cənub-şərqində üsyan qaldıran kürd yaraqlıları ilə əlaqələri səbəbindən terrorçu kimi gördüyü Kürd YPG döyüşçüləri Suriyanın daxilində qurmaq istədiyi “təhlükəsiz bölgə” ni tərk etməlidir.
“Geri çəkilmə davam edir",- Ərdoğan Ankara aeroportunda prezident Vladimir Putinlə Suriya ilə bağlı danışıqlar üçün Rusiyaya uçmazdan əvvəl jurnalistlərə deyib. Putin Dəməşq hakimiyyətini dəstəkləyir və Suriyanın şimal-şərqinə ordu göndərib.
“700-800 YPG döyüşçüsü artıq çəkilib və 1200-1300 döyüşçünün geri çəkilməsi davam edir. Deyilir ki, onlar geri çəkiləcək",- Ərdoğan deyib:
“Onların hamısı geri çəkilməlidir, onlar ərazidən çıxmazsa, proses sona çatmayacaq”.
Türkiyə iki həftə öncə Suriyanın şimal-şərqində hərbi hücumlara başlayıb. Hücumdan öncə ABŞ Prezidenti Donald Tramp qoşunları Suriyanın şimal-şərqindən geri çəkib. ABŞ qoşunlarının geri çəkilməsi ölkənin konqresmənləri, o cümlədən Trampı dəstəkləyən respublikaçılar tərəfindən tənqid edilib. Tənqidçilər ABŞ-ın kürd döyüşçülərini bölgədə tərk etməsini ABŞ-ın İŞİD-ə qarşı mübarizədə əsas müttəfiqi olan YPG savaşçılarına xəyanət kimi xarakterizə edilir.
Tramp bazar ertəsi günü qeyd edib ki, beş günlük atəşkəs sazişi bitmə müddətindən sonra davam edə bilər. Lakin Ərdoğan deyib ki, əksi olarsa, sazişin bitmə müddətindən sonra Suriyanın şimal-şərqində savaş davam edə bilər.
“Əgər Amerika tərəfindən bizə verilən sözlər tutulmazsa, biz hərbi hücumları buraxdığımız yerdən davam etdirəcəyik, bu dəfə daha böyük qətiyyətlə",- Ərdoğan bildirib.