Rəcəb Tayyib Ərdoğan

Mənbə: Türkiyə mediası

Başlıq: Rəcəb Tayyib Ərdoğan

Ərdoğan: Bu hadisə hər hansı sərhəd pozuntusu deyil

”Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik”

İyulun 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son 2 gündə Ermənistan-Azərbaycan sərhədində davam edən döyüşlərə münasibət bildirib.

Türkiyə dövlət başçısı “bu hadisə hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli hücum olduğunu göstərməkdədir”, - deyib.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, bu hücum Ermənistanın səviyyəsini aşan bir hadisədir. Məqsəd təxribat xarakterli yanaşma ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin qarşısını almaq və bölgədə yeni toqquşma sahələri meydana çıxarmaqdır.

Türkiyə Prezidentinin sözlərinə görə, ölkəsi ilə qədim dostluq bağları və qardaşlıq münasibətlərinin olduğu Azərbaycanın haqqına və torpaqlarına yönəlik hər cür hücumun qarşısında yer almaqda əsla tərəddüd göstərməyəcək:

“Bölgəmizdəki və dünyadakı bütün siyasi, diplomatik və sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur. Bunu da xüsusi qeyd etmək istəyirəm. Öz torpaqlarında siyasi, iqtisadi problemləri, koronavirus pandemiyasından qaynaqlanan sağlıq, infrastruktur və digər geniş yayılan problemlərini həll edə bilməyən bir ölkənin belə bir hücuma başlaması öncə öz xalqına hörmətsizlikdir”.

Dövlət başçısı ailələrinin dolanışığını təmin etmək üçün Türkiyədə çalışmaqda olan 10 minlərlə erməninin də dövlətlərinin bu məsuliyyətsiz davranışlarından narahat olduqlarına inandığını dilə gətirib:

“Bölgə ölkələrinin Ermənistanın Dağlıq Qarabağı işğal etməsindən bəri davam edən aqressiv və işğalçılığı nümayiş etdirən davranışlarına qarşı prinsipial və səmimi bir duruş ortaya qoymağa dəvət edirik. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik. Bir daha şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm”.

Azərbaycanın Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayan döyüşlər cəmiyyətdə müharibə əhval-ruhiyyəsinin artmasına səbəb olub. Son məlumatlara əsasən, döyüşlər nəticəsində Azərbaycanın 11 hərbçisi, o cümlədən general-mayor Polad Həşimov həlak olub. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan ordusunun 100-dən çox canlı qüvvə itirdiyini deyib və qeyd edib ki, Ermənistan tərəfi itkilərin sayını gizlədir. İyulun 14-də Ermənistan Müdafiə Nazirliyi 4 zabitinin öldürüldüyünü bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/drv3mp

Ən çox baxılan