Ərdoğan Azərbaycana səfərini təxirə salıb

Ankarada baş vermiş terror aktı nəticəsində Türkiyə Silahlı Qüvvələrinin əməkdaşlarını daşıyan avtobusa edilən bombalı hücum nəticəsində 28 nəfər ölüb, 65 nəfər yaralanıb

Source:


Ankarada baş vermiş terror aktı nəticəsində Türkiyə Silahlı Qüvvələrinin əməkdaşlarını daşıyan avtobusa edilən bombalı hücum nəticəsində 28 nəfər ölüb, 65 nəfər yaralanıb

Ankarada çoxsaylı insan itkisi ilə nəticələnmiş terror aktından sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana planlaşdırılan səfərini təxirə salıb.

APA-nın məlumatına görə. bu barədə Türkiyənin rəsmi Anadolu Agentliyi xəbər yayıb.

Bu gün Azərbaycanda Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcəkdi.

“Anadolu”nun yazdığına görə, Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Agentlik qeyd edib ki, İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın həmsədrliyi ilə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı da təxirə salınıb.

Ankarada baş vermiş terror aktı nəticəsində Türkiyə Silahlı Qüvvələrinin əməkdaşlarını daşıyan avtobusa edilən bombalı hücum nəticəsində 28 nəfər ölüb, 65 nəfər yaralanıb.

Ana səhifəXəbərlərƏrdoğan Azərbaycana səfərini təxirə salıb